Hər valideyn övladının kitab oxuma vərdişlərinin olmasını istəyir. Ancaq uşağa söz olaraq kitab oxumasını söyləmək əvəzinə, onlara nümunə olmaq üçün kitab oxumaq daha yaxşı üsuldur. Sizlərə uşaqlarınıza kitab oxumaq vərdişi qazandırmaq üçün etməli olduqlarınızı söyləyirik:
- Övladınızla birgə kitab seçərkən onun yaşını və zövqlərini nəzərə alın.
- Ona uşaq olarkən sevdiyiniz kitabları göstərin.
- Onu, kitab yarmarkası, imza günləri kimi fəaliyyətlərə aparmağınız kitaba olan marağını artıracaqdır.
- Uşağınıza günün müəyyən bir saatında kitab oxumağı tövsiyə edin. Lakin o saatda mütləq siz də kitab oxumalısınız.
- Kitablarınızı bitirdikdən sonra ailəliklə kitab haqqında danışmağınız, həm aranızdakı bağı möhkəmləndirəcə, həm də ona kitab oxumağı sevdirəcək.
- Uşağınıza oxuduğu kitablardan dostlarına danşmağını tövsiyə etməlisiniz. Bunun sayəsində dostları ilə arasındakı bağ daha güclü olacaq və özünə inamı artacaq.
Mənbə: qadin.net