Uşağın hansı əlini daha çox işlədəcəyi, solaxay olub-olmayacağı və əl seçimi mövzusunda valideynlərin necə bir reaksiya verəcəyi uşağın təhsil uğuru üçün olduqca vacibdir. Körpəlik dövründə ona uzadılan hər hansı bir əşyaya qarşılıq körpə, əşyanı sol əli ilə alırsa, gələcəkdə solaxay olacağı demək deyil.
Edilən araşdırmalara görə, uşaqlar, 3-4 yaşlarına kimi hansı əlini istifadə edəcəklərini dəqiq bilmirlər. Valideynlərin ən çox etdiyi səhvlərdən biri isə uşağın solaxay olduğunu öyrəndiklərində onu sağ əlini istifadə etməyə məcbur etmələridir.
Burada diqqət edilməsi vacib olan şey uşağın özünü rahat hiss etdiyi əlini istifadə etməsidir. Əks halda uşaqda altını islatma, dırnaq yemə, kəkələmə kimi porblemlər yarana bilər.