Uşağınız erkən saatlarda oyanırsa…

Məşhur yuxu mütəxəssislərindən olan Kim Vest (The Sleep Lady), erkən oyanma probleminin körpələrdə və ilk məktəb çağına gəlmiş uşaqlarda sıx görünən problem  olduğunu söyləyir.

Yuxu detektifi olun

Uşağınızın gözünə düşən gün işığı kimi xarici səbəblərə görə, yoxsa tamamilə öz istəyi ilə təbii olaraq oyandığını təsbit etmək üçün körpənizi izləyin.

Ya da tez saatda yatızdırın

Əgər uşağınız enerjisini tamamilə bitirmiş və çox yorğun olaraq yuxuya getsə, həm gecə ərzində mızıldanacaq, həm də səhər daha tez oyanacaq. Buna görə yatma saatını 20 dəqiqə əvvələ alın, əgər faydasını görsəniz, 20 dəqiqə daha əvvələ ala bilərsiniz.

Günorta yuxusunu ötürməyin

Valideynlərin çoxu, günorta yuxusunu kəsdiklərində uşaqlarının gecə boyunca daha yaxşı yatacağını düşünür. Ancaq Kim West, gün ərzində lazım olduğu qədər yatmış uşaqların daha keyfiyyətli bir gecə yuxusu və daha gec oyandıqlarını söyləyir.

Saat siqnalından istifadə edin

Çox erkən oyanan 18 ayından böyük uşaqlarınız üçün saatlı zəng qura bilərsiniz. Bu, uşağınıza gecə və gündüzün fərqini anlamağa kömək edəcəkdir. Oyanma saatının gəlib gəlmədiyini də, beləliklə təyin edəcəkdir.

Gözləntilərinizi müəyyənləşdirin

Uşağınız oyanan kimi yataqdan götürməyin, bir müddət özü ilə zaman keçirməsinə icazə verin. Bu, ona hələ qalxma zamanı gəlmədi mesajı verərkən, əgər ehtiyacı varsa, təkrar yuxuya getmə fürsəti olacaq.

Mənbə: qadin.net