“Bağça uşaqların fərd kimi formalaşmasına birbaşa təsir edir”

Fərd anlayışı müstəqil mövcud olan orqanizmdir. Fərd insanı cəmiyyət və ya kollektiv kimi deyil, şəxs olaraq ifadə edir.

İnsana bu termini tətbiq etdikdə cəmiyyət və ya kollektiv deyil insanı şəxsi olaraq ifadə edir. İnsanın fərd kimi formalaşması məktəbəqədər yaş dövründə tədricən inkişaf etməyə başlayır. Həmin periodda uşağa doğru yanaşma mütləqdir. Buna görə də “Bağçam” şəbəkəsinin uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayevanın tövsiyələrini öyrəndik.

Arzu xanım bildirir ki, uşağın fərd kimi formalaşmasında bağça mühim rol oynayır, çünki, məktəbəqədər uşaqda şəxsiyyət inkişafının unikal bir dövrüdür. Bu yaşda uşaq ətrafdakı böyüklərdən tamamilə asılıdır, ona görə də məhz böyüklər bu məsələdə həssaslıq göstərməlidirlər.

Müsahibimiz əlavə edir ki, iki yaş yarımdan artıq uşaqlarda fərd anlayışı  – “mən və mənim” formalaşmağa başlayır:

“Üç yaşa qədər “mən özüm” şüuru formalaşır. Üçüncü yaşın sonunda uşaq fərd kimi hərəkətlərini idarə edir və istəklərini kəşf edir. Uşaqlar iradəyə sahib olduğunu başa düşməyə başlayır. Onlar müstəqilliyə can atır, böyüklərin istəklərinə qarşı çıxmağa çalışırlar. Həmçinin əşyalar aləmini və insan münasibətlərini dəyişdirmək iqtidarında olduqlarını hiss edirlər. Hərəkətlərini və təxəyyülünü idarə edə bildiklərini düşünürlər. Güclərini, artan müstəqillik hissini dərk edərək,  məhdudiyyətlərə qarşı üsyan etməyə başlayırlar və hər şey haqqında öz fikrini formalaşdırmağa çalışırlar”.

Arzu xanım bir maraqlı məqama da toxunur. O deyir ki, uşaq bağçaya gələrkən onun üçün çətin olan həmyaşıdları ilə qarşılıqlı əlaqədə yaranacaq problemlər deyil, yeni yetkin şəxslərlə münasibət, gündəlik məişət və rejim tələblərini yerinə yetirməkdir:

“Valideynlər bağça mühitində uşaqların özünü daha inamlı hiss etmələrini istəyirlərsə, müəllimin tövsiyələrinə diqqətlə yanaşmalı və onlara uğurlu davranış yollarını tapmaqda kömək etməlidir. Razılaşmaq lazımdır ki, bağça mühitində uşaqlar həyat tərzini dəyişir və bu zaman özünü necə ifadə edəcəyini bilmir. Üstəlik, tez-tez olur ki, evdə qəbul edilən qaydalarla bağçadakı qaydalar ziddiyyət təşkil edir. Bu adaptasiya periodunda özünəinam hissini aşağı salır. Yalnız pedaqoji heyətin  uşaqlar və valideynlərlə peşəkar davranışı, həm evdə, həm bağçada uzlaşan, harmonik mühitin yaradılması sayəsində özgüvən hissini bərpa etmək olur.

Uşağın fərd kimi formalaşmasında oyunun əsas fəaliyyət olduğunu qeyd edən müsahib, onu da əlavə edir ki, məhz oyunlar vasitəsilə digər sosial bacarıqlarla yanaşı, uşağın xeyirxahlıq, ədalət, həssaslıq, alicənablıq, həyata müsbət münasibət və başqa hissləri formalaşır:

“Oyunlar uşaqlarda özgüvəni formalaşdırır. Bunu nəzərə alaraq “Bağçam” şəbəkələrində oyunlar uşağın yaş xüsusiyyətlərinə və onun qabiliyyətlərinə uyğun hazırlanır. Bu, uğur vəziyyəti yaratmaq, onları möhkəmləndirmək və yeni səviyyəyə keçirmək üçün vacibdir. Həmçinin gələcək həyatın bir növ “məşqidir”. Oyun zamanı uşaq özünü kollektivin, cəmiyyətin üzvü hiss edir, özünün və yoldaşlarının hərəkətlərini dəyərləndirir, uğurlarını düzgün analiz edir, tərifə və ya tənqidə sağlam düşüncəli yanaşmağı öyrənir. Bütün bunlar uşaqlarda  hər yaşa uyğun zəruri əminliyi, xeyirxahlığı, sevinc və sevgini yaradır. Beləliklə, bağça uşaqların fərd kimi formalaşmasına düzgün təlim-tərbiyəvi yanaşma ilə birbaşa təsir edir ”.

Son olaraq, məhz “Bağçam” şəbəkəsində uşaqlara fərdi yanaşmanın necə təşkil olunduğundan danışan Arzu xanım, burada ən kiçik detallarda belə uşaqların şəxsi istəkləri və zövqlərinin nəzərə alındığını vurğulayır:

“Bağçanın təlim-tərbiyə sistemi uşağın komfortlu formada oynaması, şəxsiyyətinin formalaşması  üçün ideal uyğun məkandır. Bizim bağçaların foyesinə daxil olduqda rəngarənglik, uşaqların hərəsinin özünə aid olan dolabından tutmuş hər yaşa uyğun tədris otaqlarında olan oyuncaq rəflərinin, masa və oturacaqların uşağın fiziki ölçülərinə uyğun olması onun üçün təhlükəsiz, psixoloji sağlam mühitin formalaşdırılmasının ilkin şərtləridir.

Unutmaq lazım deyil ki, körpə üçün uşaq bağçasında müəllim qrupdakı ən vacib şəxsdir, etibar etdiyi, sirlərini və problemlərini gizlətdiyi, hər şeyi bilən, kömək və dəstək olan mübahisəsiz bir səlahiyyətdir. Uşaqların özlərini rahat və sərbəst hiss etdikləri kollektivdə belə bir psixoloji mühit yaratmaq bacarığı hər bir uşağın şəxsiyyətinin formalaşmasına kömək edir. Körpəyə hörmətli və ədalətli münasibət, onun uğurlarına və ehtiyaclarına səmimi maraq, pedaqoji nəzakət – bunlar əsl peşəkara xas olan keyfiyyətlərdir. Təlim-tərbiyə prosesi belə uşaqların yaş xüsusiyyətlərinə əsaslanaraq gündəlik rejimlər tərtib edilir. Gündəlik rejim sinir sistemini həddindən artıq işdən qoruyur, fəaliyyət və istirahət mərhələlərini bir-birini əvəz edir, şəxsiyyətin ahəngdar inkişafına kömək edir, punktuallıq və özünü intizamı tərbiyə edir”.

Uşaqların yedikləri qidalarla birgə fotoları

Gündəlik qidalarımız bizim haqqımızda nələr deyir? Foroqraf Greff Segal, bu sualın cavabını öyrənmək üçün fərqli mədəniyyətdən olan uşaqları və yediklərini çəkib.

Uşaqları bir həftəlik qidalarıyla birlikdə çəkən Segal, 3 il müddətində 9 ölkəni (ABŞ, Hindistan, Almaniya, Fransa, İtaliya, Malayziya, Senegal, Birləşmiş Ərəb Əmirlikləri, və Braziliya) gəzib. Çəkdiyi fotoları və hekayələri Daily Bread: What Kids Eat Around the World (Dünyanın hər yerində uşaqlar nə yeyir?) adlı kitabında birləşdirən Segal belə deyir: “Uşaqlara fokuslandım, çünki yemək vərdişləri kiçik yaşlarda formalaşır və 9 ya da 10 yaşına gəldiyinizdə hələ doğru qidalanmağı öyrənməmisinizsə, bunu böyüdüyünüzdə etməyiniz daha çətin olur”.

Segal bu foto layihəsindən təəccübləndirici şeylər öyrəndiyini də əlavə edir: “Mənim üçün ən təəccüblü şey, ən keyfiyyətli qidaların varlılar tərəfindən deyil, imkansızlar tərəfindən yeyilməsiydi. ABŞ-da imkansızlar ən böyük fast food istehlakçılarıdır, çünki bunlar asan əldə edilir və ucuzdur. Ancaq Mumbai-də bir orta ölçülü pizza 13 dollar olur ki, bu da çox insanın qarşılaya bilməyəcəyi məbləğdir. Mumbai-də ailəsiylə birlikdə kiçik bir evdə yaşayan Anchalın atası gün ərzində 5 dollardan az qazanır. Ancaq Anchalın anası hər gün bamya, gül kələm və mərci yeməkləri hazırlayır. Bununla yanaşı, orta təbəqəli bir Mumbai ailəsində yaşayan Shraman çox fərqli yeməklər yeyir. Ailəsinin əlavə gəliri, pizzaları, qızarmış toyuq və s. qarşılaya biləcəyi mənasına gəlir”.

Cambridge Universitetinin 2015-ci ildə etdiyi bir araşdırmaya görə, ən sağlam qidaların yeyildiyi 10 ölkədən 9-u Afrikada yerləşir. Ən kasıb ölkələrin bir qisminin ən sağlam qidalar istehlak edən ölkələr arasında olması olduqca təəccüblüdür. Amma yediklərinə yaxından baxdığımızda bu nəticənin heç təəccüblü olmadığını görürük: təzə tərəvəzlər, meyvələr, taxıllar, balıq, paxlalı bitkilər və çox az ət.

Dünyanın bir çox fərqli mədəniyyətindən olan uşaqların gündəlik nələr yediyini bir arada görə biləcəyiniz fotoların bəzilərini təqdim edirik:

1. Kawakanih Yawalapiti, 9, Braziliya

2. Anchal Sahani, 10, Chembur, Mumbai, Hindistan

3. Davi Ribeiro De Jesus, 12, Braziliya

4. Ademilson Francisco Dos Santos, 11, Brezilya

5. Meissa Ndiaye, 11, Senegal

6. Hank Segal, 8, Altadena, ABŞ

7. Beryl Oh Jynn, 8, Kuala Lumpur, Malaziya

8. Sira Kishokho, 11, Dakar

9. Rosalie Durand, 10, Nice, Fransa

10. Adveeta Venkatesh, 10, Mumbai, Hindistan

11. Leona “Nona” Del Grosso Sands, 6, Glendale, Amerika Birləşmiş Ştatları

12. İyun Grosser, 8, Hamburg, Almaniya

13. Andrea Testa, 9, Katanya, İtaliya

14. Yusuf Abdullah Al Muhairi, 9, Mirdif, Dubay, Birləşmiş Ərəb Əmirlikləri

15. Tharkish Sri Ganesh (10) və Mierra Sri Varrsha (8), Kuala Lumpur, Malayziya

16. Siti Khaliesah Nataliea Muhamad Khairizal, 9, Kuala Lumpur, Malayziya

17. Greta Moeller, 7, Hamburg, Almaniya

18. Frank Fadel Agbomenou, 8, Dakar, Senegal

19. Cooper Norman, 12, Altadena, ABŞ

20. Isaiah Dedrick, Long Beach, ABŞ

Mənbə: egitimpedia.com

Beş yaşlı Sofiyanın arzusu

5 yaşlı Sofiyada genetik ürək xəstəliyi var.

Həkimlər onun 2 yaşdan çox yaşamayacağını desə də, o, hələ də işıq saçmağa davam edir.

Yaxınlarda 4-cü dəfə ürək əməliyyatına girməli olan bu qız, əməliyyatdan əvvəl xəyallarını reallaşdırmaq istəyib.

O, arzuladığı kimi toy etmək və ən yaxın dostu Hunterlə “evlənmək” istəyib.

Sofiyanın anası Kristy Hunterin ailəsindən də razılıq aldıqdan sonra, onlar üçün toy fotosessiyası təşkil edilib.

Sofiya hələ də həyatla mübarizə aparmağa davam edir.

Müsbət mesajlar ötürən uşaq filmləri

Hər hekayə fərqli bir dərsdən ibarətdir. Hər səfərdə isə bir qəhrəman olur. Uşaqlar da öz hekayələrinin və səyahətlərinin qəhrəmanlarıdır. Ana və ata olaraq uşaqlarınıza həyat dərslərini bu filmlərlə verə bilərsiniz. Unutmayın, uşaq inkişaf edir, dünya dəyişir. Sizə uşaqlarınıza xoş mesajlar ötürən film siyahısını təqdim edirik:

Trolls

trolls

Alisa Möcüzələr Diyarında

alice

Gözəl və Bədheybət

bedheybet

Avtomobillər 

Cars_8Qarlar Ölkəsi

frozenHarri Potter

harry potter

Tərs Üz

ters

Kubo və Sehrli Telləri

VkQJGP5Moana

moano