Gündəlik qidalarımız bizim haqqımızda nələr deyir? Foroqraf Greff Segal, bu sualın cavabını öyrənmək üçün fərqli mədəniyyətdən olan uşaqları və yediklərini çəkib.
Uşaqları bir həftəlik qidalarıyla birlikdə çəkən Segal, 3 il müddətində 9 ölkəni (ABŞ, Hindistan, Almaniya, Fransa, İtaliya, Malayziya, Senegal, Birləşmiş Ərəb Əmirlikləri, və Braziliya) gəzib. Çəkdiyi fotoları və hekayələri Daily Bread: What Kids Eat Around the World (Dünyanın hər yerində uşaqlar nə yeyir?) adlı kitabında birləşdirən Segal belə deyir: “Uşaqlara fokuslandım, çünki yemək vərdişləri kiçik yaşlarda formalaşır və 9 ya da 10 yaşına gəldiyinizdə hələ doğru qidalanmağı öyrənməmisinizsə, bunu böyüdüyünüzdə etməyiniz daha çətin olur”.
Segal bu foto layihəsindən təəccübləndirici şeylər öyrəndiyini də əlavə edir: “Mənim üçün ən təəccüblü şey, ən keyfiyyətli qidaların varlılar tərəfindən deyil, imkansızlar tərəfindən yeyilməsiydi. ABŞ-da imkansızlar ən böyük fast food istehlakçılarıdır, çünki bunlar asan əldə edilir və ucuzdur. Ancaq Mumbai-də bir orta ölçülü pizza 13 dollar olur ki, bu da çox insanın qarşılaya bilməyəcəyi məbləğdir. Mumbai-də ailəsiylə birlikdə kiçik bir evdə yaşayan Anchalın atası gün ərzində 5 dollardan az qazanır. Ancaq Anchalın anası hər gün bamya, gül kələm və mərci yeməkləri hazırlayır. Bununla yanaşı, orta təbəqəli bir Mumbai ailəsində yaşayan Shraman çox fərqli yeməklər yeyir. Ailəsinin əlavə gəliri, pizzaları, qızarmış toyuq və s. qarşılaya biləcəyi mənasına gəlir”.
Cambridge Universitetinin 2015-ci ildə etdiyi bir araşdırmaya görə, ən sağlam qidaların yeyildiyi 10 ölkədən 9-u Afrikada yerləşir. Ən kasıb ölkələrin bir qisminin ən sağlam qidalar istehlak edən ölkələr arasında olması olduqca təəccüblüdür. Amma yediklərinə yaxından baxdığımızda bu nəticənin heç təəccüblü olmadığını görürük: təzə tərəvəzlər, meyvələr, taxıllar, balıq, paxlalı bitkilər və çox az ət.
Dünyanın bir çox fərqli mədəniyyətindən olan uşaqların gündəlik nələr yediyini bir arada görə biləcəyiniz fotoların bəzilərini təqdim edirik:
1. Kawakanih Yawalapiti, 9, Braziliya
2. Anchal Sahani, 10, Chembur, Mumbai, Hindistan
3. Davi Ribeiro De Jesus, 12, Braziliya
4. Ademilson Francisco Dos Santos, 11, Brezilya
5. Meissa Ndiaye, 11, Senegal
6. Hank Segal, 8, Altadena, ABŞ
7. Beryl Oh Jynn, 8, Kuala Lumpur, Malaziya
8. Sira Kishokho, 11, Dakar
9. Rosalie Durand, 10, Nice, Fransa
10. Adveeta Venkatesh, 10, Mumbai, Hindistan
11. Leona “Nona” Del Grosso Sands, 6, Glendale, Amerika Birləşmiş Ştatları
12. İyun Grosser, 8, Hamburg, Almaniya
13. Andrea Testa, 9, Katanya, İtaliya
14. Yusuf Abdullah Al Muhairi, 9, Mirdif, Dubay, Birləşmiş Ərəb Əmirlikləri
15. Tharkish Sri Ganesh (10) və Mierra Sri Varrsha (8), Kuala Lumpur, Malayziya
16. Siti Khaliesah Nataliea Muhamad Khairizal, 9, Kuala Lumpur, Malayziya
17. Greta Moeller, 7, Hamburg, Almaniya
18. Frank Fadel Agbomenou, 8, Dakar, Senegal
19. Cooper Norman, 12, Altadena, ABŞ
20. Isaiah Dedrick, Long Beach, ABŞ
Mənbə: egitimpedia.com