Sual verən siniflər üçün tövsiyələr

Təhsil sistemində sual, təəssüf ki, tələbələr üçün əsasən “passiv” məna daşıyır. Güman edirəm ki, məktəbin beynimizdəki sualların cavabını tapdığımız və yeni suallar verdiyimiz yer olaraq qəbul edilməsi üçün hələ çox yolumuz var. İnformasiyanın ötürüldüyü və ötürülən məlumatların xatırlanması üçün “sual”ların verildiyi məktəblərdə, tələbələrin “sual” soruşmağı öyrənməsi və sevməsi çətinləşir. Bu çətinliyi aradan qaldırmaq üçün pedoqoq olaraq düşünmə bacarıqları üzərində daha çox işləməyə ehtiyacımız var. Məsələn, tənqidi təfəkkürün ən mühüm pillələrindən olan sual vermə bacarığının inkişaf etdirilməsi üçün, soruşduğumuz  suallara və dərs içi tədbirləri necə planlaşdırdığımıza bu gözlə baxmaq yaxşı başlanğıc ola bilər. Aşağıda mövzu ilə bağlı bəzi təkliflərimi sadaladım.

Əvvəla, demokratik sinif şəraitiniz olsun: Bunun üçün ən yaxşı başlanğıclardan biri  ilin əvvəlində sinif normalarını şagirdləriniz ilə bir yerdə yaratmaqdır. Normaları danışarkən fikirlərin rahat ifadə edilməsi üçün nələrə ehtiyacınız olduğuna diqqət edin. Sual verərkən, bir-birinizi dinləyərkən, çıxış edərkən, tədbirlərə qatılarkən nələrə diqqət etməli olduğunuza dair siyahınızı yaradacaq, il boyu lazım olanda normalarınızı xatırlaya biləcək və sinfinizin istəkləri istiqamətində yeni maddələr əlavə edə biləcəksiniz. Tələbələrin özlərini rahat, güvəndə hiss etmələri sinif atmosferi ilə sıx əlaqəlidir.

Suallarınızı qruplaşdırın: Sinfinizə nə cür suallar verirsiniz? Ən çox istifadə etdiyiniz sual növü hansıdır? Xatırlatma səviyyəli suallar lazımlı olmaqla yanaşı, həm də əzbərə yönəlib. Halbuki, tələbələrimizin problem həll etmə, təhlil kimi yüksək səviyyəli bacarıqlar almalarını istəyiriksə, suallarımızı bu şəkildə tərtib etmək lazımdır. Həm sinif daxilində, həm sınaqlarınız soruşduğunuz  suallara bu gözlə təkrar dəyərləndirmək təsirli olacaqdır. Soruşduğumuz sualların keyfiyyəti sinif daxilindəki mübahisələrin keyfiyyətini müəyyən edir. Xarakterli müzakirə şəraitində tələbələr sizi model götürərək bir-birlərinə ideoloji  səviyyəsi yüksək suallar yönəldəcəkdir.

Uşaqların problem üzərində düşünməsini təmin edin: Onlara sual verdikdə tələbələr avtomatik olaraq problemin cavabını düşünməyə başlayacaq. Xüsusilə açıq uclu suallar verdikdə “Mənim sualımı başqa cür necə soruşa bilərsiniz? formasında bir giriş ilə  tələbələrinizin sualı təkrar tərtib etməsini təmin edə bilərsiniz. Sadəcə sizin suallarınızı deyil,bir-birilərinin suallarını da fərqli şəkillərdə vermələrini istəyin. “Dostunun verdiyi sualı siz necə verərdiniz? Ya da “Verdiyin sualı başqa şəkildə soruşmağa cəhd edərsənmi? tərzdə suallarla tələbələrinizi istiqamətləndirin.

Tələbələrin sual verməsinə istiqamətlənmiş tədbirlər hazırlayın: Tələbələrinizin bir-birinə sual verəcəyi tədbirlər hazırlayın. Məsələn, dərsin ilk beş dəqiqəsini tələbələrinizin sərbəst olduğu və bir-birilərinə sual verib cavab verdiyi tədbirə ayıra bilərsiniz. Oxutduğunuz bir mətni həll etdirərkən sizin əvvəldən hazırladığınız suallara əlavə olaraq “Siz bu mətnin müəllifindən mövzuyla bağlı nələr soruşardınız?”  kimi suallar yönəldə bilər, ya da yeni öyrəndikləri bir mövzu ilə bağlı, “Sizcə bu mövzunu daha əhatəli anlamaq üçün hansı sualların cavabını tapmalıyıq?” tipli suallar soruşa bilərsiniz.

Bütün bu fikir və tədbilərin ortaq nöqtəsi budur: Özümüzü müəllim olaraq sinfin hansı hissəsinə qoyuruq? Birlikdə qərar aldığımız, birlikdə düşündüyümüz, birlikdə öyrəndiyimiz və birlikdə suallar verdiyimiz siniflər üçün müəllimliyin təbiəti üzərində təkrar-təkrar düşünməyə ehtiyacımız ola bilər.

Mənbə: egitimpedia.com