Elm insanları, planşetlərin və ağıllı telefonların az yaşlı uşaqların sosial və emosional inkişafına təsir edə biləcəyini söyləyir. Həmçinin, bir uşağın diqqətini başqa istiqamətə çəkmək üçün planşet və ya smartfondan istifadə etməyin, uşağın özünü sakitləşdirmə bacarığının inkişafı üçün zərərli olduğu barədə ailələri xəbərdar edir.
Boston Universiteti Tibb Fakültəsi araşdırmaçıları, 2 yaş yarımdan kiçik uşaqların intensiv ekrana baxmasının, riyaziyyat və fənn dərslərinin inkişafı üçün lazımlı olan bacarıqlarının inkişafına zərər verdiyini araşdırıb. Araşdırmaçılar əlçatan intensiv media növlərini yenidən qiymətləndirib və bunların öyrədici vasitə olaraq istifadəsi üzərinə əhəmiyyətli suallar ortaya çıxarıb.
Araşdırma qrupu, “Əgər bu cihazlar uşaqları sakitləşdirmək və onların diqqətlərini dağıtmaq üçün ən çox istifadə edilən üsul olsa, o zaman uşaqlar özlərini sakitləşdirməyin mexanizmlərini təkmilləşdirə biləcəklər mi?” sualının cavabını axtarıb.
Araşdırmaçılar, 3 yaşdan aşağı uşaqların intensiv ekran istifadəsinin riyaziyyat və fənn dərsləri üçün lazımlı olan inkişaf bacarıqlarına zərər verə biləcəyini tapsalar da, bəzi araşdırmaçıların bu cihazların kiçik uşaqlar üçün faydalı ola biləcəyini iddia etdiyini də əlavə edirlər. Bu faydalar, uşaqların erkən oxuma-yazma bacarıqlarının inkişafını təmin edə bilər.
Boston Universiteti Tibb Fakültəsi inkişaf Pediatriya hissəsində klinik müəllim və araşdırmanın rəhbəri Cenni Radeski (Jenny Radesky), birlikdə çalışdığı qrupun araşdırma nəticələrini paylaşıb. Radeski, “insandan insana birbaşa ünsiyyəti” mövzusunda ailələrin uşaqlarla sıx şəkildə ünsiyyətini təşviq edir.
Radeski ümumi olaraq daha az “simsiz” ailə ünsiyyətini müdafiə edir və azyaşlı uşaqların ailələri ilə birlikdə hər hansı bir televiziya ya da mobil cihaz olmadan keçirəcəyi “ailəylə birlikdə keçirməyə ayrılmış xüsusi zaman dilimi”ndən çox böyük faydalar götürəcəyini irəli sürür.
Araşdırmaçılar, 2 yaş yarımdan kiçik olan uşaqların televiziya və videolardan öyrənə bildiklərinin, əsla, insanlarla qarşılıqlı ünisyyətdən öyrənə biləcəkləri qədər olmadığı barədə çox sayda elmi dəlil olduğuna işarə edirlər. Ancaq mobil cihazların intensiv tətbiqləri üçün də eyni şeyi söyləyəcək qədər əllərində araşdırmanın olmadığını əlavə edirlər.
Araşdırmaçılar elektron kitabların və mobil cihazlardakı oxumağı öyrədən tətbiqlərin yalnız məktəbə başlama yaşına yaxın olan uşaq üçün etibarlı olduğunu əlavə ediblər.
Ancaq Radeski ailələrə həmin tətbiqləri uşaqları istifadə etməmişdən əvvəl özlərinin sınaqdan keçirmələrini təklif edir.
Radeski sonda: “İndiki vaxtda mövzu mobil media olanda ortada cavablardan çox suallar yarandığını görürük” deyir.