Aprel ayının 6-sı uşaq bağçasında “Ежики” teatrının aktyorları çıxış ediblər. Tamaşanı bir çox beynəlxalq və Rusiya daxili teatr festivallarının diplomantları və laureatları, Rusiya Federasiyasının xalq artistləri Yaroslav Yuzenyuk və Danil Morozov həyata keçiriblər.
Bağçanın pantomima müəllimi Rafiz Mehdizadə tamaşa haqqında təssüratlarını bölüşüb:
“Tamaşa Azərbaycan teatr tamaşası deyildi. Xarici teatr tamaşasıydı və köhnə rus-SSRİ estetikası varıydı. Və bizim özümüz də indi çalışırıq ki, uşaqlara o halı köçürə bilək ki, o dövrün tamaşası çox teatral və daha çox kövrək idi. Bugünkü kukla tamaşası da o cür idi və uşaqlar müsbət enerji keçirirdi və daha çox şeylər öyrədirdi. Çalışırıq ki, bundan sonra daha çox belə tamaşalar görsünlər çünki indiki zamanda bu cür ənənəvi tamaşalar çox azdır. Ona görə bu cür tamaşanın bağça dövründən uşaqlara göstərəndə böyüdükdən sonra özü öz yerini tutur və onların xatirəsində çox gözəl qalır. Və bu cür tamaşalar uşaqları daha çox formalaşdırır. Hiss baxımından, enerji baxımından, dünya görüşü baxımından ki, olar daha çox inkişaf edirlər və daha çox təxəyyülləri artır.”