Məktəblərdə fiziki tərbiyə niyə lazımdır?

Bəzi məktəblər riyaziyyat, Ana dili və digər təməl dərslərə daha çox vaxt ayırmaq üçün fiziki tərbiyə dərsinin saatını azaldır. Bundan əlavə, ibtidai sinif şagirdləri üçün tənəffüslər də getdikcə qısalır.

Fiziki tərbiyənin “daha vacib” dərslər üçün arxa plana atıldığı bu təhlükəli axının, istənilən nəticəni verməməsi aydındır.

Məktəblərdə fiziki fəaliyyətə niyə ehtiyac duyduğumzu göstərən 5 səbəbi sizə təqdim edirik:

  1. Fiziki fəaliyyət, diqqət toplama bacarığını kontrol edən “bazal ganglia” adlı beyin bölgənizin böyüməsinə köməkçi olur.

Hər birimiz diqqət toplamağın əksər vaxtlarda nə qədər çətin bir iş olduğunun fərqindəyik. Xüsusilə də yaşadığımız dövr düşünüldükdə, şagirdlərimizin diqqətini dağıdan çox şey olduğunu bilirik. Bu səbəblə də, şagirdlərimizin mövcud fokuslanma qabiliyyətini qorumaqla kifayətlənməyib, eyni zamanda onların inkişafına yönəlmiş bütün tədbirlər şagirdlərin öyrənmələrinə fayda verəcəkdir.

  1. Fiziki aktivlik sağlamlığınıza müsbət təsir edir.

Mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq obezitenin qarşısını alır və təzyiq səviyyənizi nizamlamağa kömək olur. Fiziki fəaliyyət, həmçinin skelet inkişafları ərzində şagirdlərin sağlam sümük quruluşuna sahib şəkildə böyümələrini təmin edir.

Hər kəsin bildiyi kimi fiziki sağlamlığı yerində olan uşaqlar məktəbə daha sıx gəlir və dərslərinə daha yaxşı diqqət ayıra bilirlər.

  1. Fiziki fəaliyyət rahat yatmağınıza kömək olar və yuxu keyfiyyətinizi artırar.

Mütəmadi və günlük edilən fiziki hərəkətlər yuxunuzun keyfiyyətini artırar. Məşqdən sonra bədənimizin yenidən “enerji yığmağa” daha çox ehtiyacı olacağı çün, vücudumuz daha çox yuxuya gedə bilir və “daha dərin” bir yuxu ala bilirik. Bunun sayəsində yuxu keyfiyyəti böyük ölçüdə artmış olur. Yaxşı dincəlmiş və enerjili şagirdlərlə dolu bir sinif həmişə, yuxusunu tam ala bilməmiş və yorğun şagirdlərdən ibarət olan sinifdən daha yaxşı nəticə göstərəcəkdir.

  1. Fiziki fəaliyyət stressi aradan qaldıran təbii vasitədir.

Stressli olduğumuz vaxtlarda fokuslanmaqda çətinlik çəkirik və stress qaynağı olan yuxu pozuntularından dolayı daha tez yoruluruq. Səbrli olmaqda çətinlik çəkirik və ruh halımız daha asan dəyişir. Fiziki fəaliyyət, stressimizi azaltmağa köməkçi olur. Bu vəziyyət də zehni və fiziki sağlamlığımıza müsbət yöndə təsir edər. Stressli şagirdlər öyrənə bilməzlər, buna görə də stress səviyyələrini minimumda saxlamağa köməkçi olacaq fiziki fəaliyyətlər etdiklərindən əmin olmalıyıq.

  1. Fiziki fəaliyyət, beyin plastisiyasını stimullaşdırır.

Beyin plastisiyası beynin mövcud əlaqələrini nizamlama və yeni əlaqələr qurma bacarığıdır. Bu bacarıq beynimizin daha “axıcı” olmasına və daha “formalaşmasına” imkan verir. Nə qədər çox və güclü nöronal əlaqələrə sahib olarsaq, öyrənmə və məlumatlarımızı saxlamaq bacarıqlarımız da o qədər çox inkişaf edər. Bu vəziyyət əlbəttə, şagirdlərimizin necə, nə zaman öyrəndiyinə də təsir edir.

Sonda, şagirdlərimiz üçün daha çox fiziki fəaliyyətlə məşğul olmalarına şərait yaradaq. Dərs proqramlarımıza fiziki fəaliyyətlə əlaqəli məşğələlər əlavə etdiyimiz təqdirdə istədiyimiz nəticələri əldə edə bilərik…

Mənbə: egitimpedia.com