Məktəbə qayıtmaqla bağlı tövsiyələr – İkinci hissə

Aşağıdakı sağlamlıq və təhlükəsizliklə bağlı tövsiyələr Amerika Pediatr Akademiyasına aiddir.

Məqalənin birinci hissəsini oxumaq üçün: Məktəbə qayıtmaqla bağlı tövsiyələr – Birinci Hissə

Təzyiq göstərmək

Təzyiq, ya da kiber təzyiq bir uşağın digər uşağı davamlı narahat etməsidir. Təzyiq fiziki, şifahi, ya da sosial olaraq göstərilə bilir. Məktəbdə, oyun parkında, məktəb avtobusunda, məhəllədə, İnternet, ya da telefon kimi mobil alətlər vasitəsilə edilə bilir.

Uşağınız təzyiqə məruz qaldıqda;

  • Məktəbdəki məsul şəxsləri xəbərdar edin və birlikdə həll yolu tapmağa çalışın.
  • Güvəndikləri yetkin birindən kömək istəyərkən uşağınıza rahat olmağı öyrədin. Belə bir vəziyyətdə kimdən kömək istəyəcəklərini müəyyənləşdirməklərini istəyin.
  • Təzyiqin ciddiyətinin fərqində olun və təzyiqə məruz qalmış uşağınızın duyğularını qəbul edin.
  • Belə vəziyyətlərdə necə reaksiya verməli olduğunu bunları deyərək öyrədin:
  1. Təzyiq göstərən insanın gözünün içinə bax;
  2. Çətin vəziyyətlərdə dik dur, sakit ol;
  3. Uzaqlaş.
  • Uşağınıza ciddi səs tonu ilə bunları deməyi öyrədin:

           ”Hərəkətin xoşuma gəlmir”, “Zəhmət olmazsa, mənimlə belə danışma”.

  • Dostluqlar qurmaq üçün uşağınızı ruhlandırın.
  • Uşağınızın maraqlandığı məktəbdən xaric fəaliyyətlərlə məşğul olmasını dəstəkləyin.
  • Uşağınızın yanında olmadığınız zamanlarda ona qarşı göstərilən hər hansı təzyiq halının fərqində olan yetkin birinin uşağınızın güvənliyini təmin etdiyindən əmin olun.
  • Uşağınızın sosial media hesablarına və yazışmalarına nəzarət edin ki, problem varsa, çox gec olmadan müdaxilə edə biləsiniz.

Təzyiq göstərən şəxs uşağınızdırsa:

  • Kobudluğun heç bir halda doğru bir şey olmadığını uşağınızın anladığından əmin olun.
  • Uşağınızın hücumçu rəftarına qarşı qatı və qəti sərhədlər qoyun.
  • Uşağınızın digər uşaqlara qarşı empatiya qurmağı öyrənməsinə kömək edin. Kobudluq etdiyi və təzyiq göstərdiyi uşaqların necə hiss etdiklərini düşünməsini istəyin. Təzyiqə məruz qalmış tərəf özü olsaydı, necə hiss edəcəyini soruşun.
  • Pozitiv nümunəvi model olun. Uşaqlarınıza göstərin ki, kimisə aşağılamadan, təhdit etmədən, ya da zərər vermədən istədiklərini əldə edə bilərlər.
  • Toxunulmazlığını əlindən almaq kimi təsirli, fiziki olmayan intizam üsullarından istifadə edin.
  • Kobudluq etmək əvəzinə, başqalarına kömək etmək, mehriban davranmaq kimi müsbət rəftar göstərəndə onu tərifləməyə diqqət edin.
  • Məktəb müdiri, müəllimlər, sinif rəhbərləri, psixoloqlar və təzyiqə məruz qalmış uşağın valideynləri ilə həyata keçirilə biləcək həll yolları axtarın.

Uşaqlarınız bu tip hadisələrə şahid olursa:

  • Güvəndiyi yetkin birinə bu vəziyyətdən bəhs eləməsi üçün uşağınızı ruhlandırın. Başqa dostları ilə birlikdə kobudluq və təzyiqlərə “yox” deməsi üçün övladınızı cəsarətləndirin.
  • Təzyiqə məruz qalmış uşaqlara dəstək olması üçün övladınıza kömək edin. Bu şəxsləri dostları ilə birlikdə öz aralarına alması üçü onu ruhlandırın.

Məktəbdən əvvəl və sonra uşaq baxımı

  • Erkən uşaqlıq dövründə uşaqların nəzarətə ehtiyacı olur. Məsuliyyət sahibi yetkin bir şəxs uşağınızı səhərlər məktəbə getmək üçün hazırlamalı və məktəbdən sonra, siz işdən gələnə qədər onun qayğısına qalmalıdır.
  • Əgər uşağınıza ailədən biri baxacaqsa, valideynlər tərəfindən müəyyənləşdirilmiş proqram, intizam və ev tapşırıqları kimi məsələlərin yer aldığı qaydaların eyni şəkildə yerinə yetirildiyindən əmin olun.
  • Yeniyetməliyə yaxınlaşan uşaqlar (11-12 yaş) yaşları baxımından qeyri-adi kamilliyə malik deyillərsə, məktəbdən sonra heç kimin olmadığı boş evə qayıtmamalıdırlar.
  • Əgər alternativ yetkin nəzarəti imkanı yoxdursa, valideynlər xüsusilə çalışmalıdırlar ki, uzaqdan uşaqlarına nəzarət edə bilsinlər.
  • Əgər uşağınız üçün məktəb sonrası bir fəaliyyət nəzərdə tutmusunuzsa, heyətin təhsili ilə bağlı məlumat alın. Heyətin üzvləri ilə uşaqların sayı arasında uyğun nisbətin olmasına diqqət edin. Sağlıqla bağlı, ya da təcili vəziyyətlərdə müdaxilə edə biləcək savadlı kadrın olması mütləqdir. Bütün otaq və oyun məkanlarının güvənli olması vacibdir.

Yuxu nizamlanması

  • Kifayət qədər yatmaq uşaqların məktəbdə uğurlu olması üçün çox önəmli faktordur. Kifayət qədər yatmayan uşaqlar fokuslanmaqda və öyrənməkdə çətinlik çəkirlər.
  • Uşağınız üçün bir yuxu saatı müəyyənləşdirin və hər gecə qəti şəkildə bu saata görə hərəkət edin. Tutarlı bir yuxu saatı uşağınızın rahatlayıb yuxuya getməsinə kömək edəcək. Yuxu əvvəli rahatladıcı bir rutin kimi duş aldıra bilər, ona kitab oxuya bilər, yaxud onunla bərabər uzanıb şirin yuxular arzulaya bilərsiniz.
  • Yatmazdan əvvəl uşağınıza başa salın ki, bütün elektronik alətlərini söndürsün.
  • Azyaşlı uşaqlar yuxuya gedəndə evdə mümkün qədər sakit və səssiz aura yaradın.
  • Yarım qalmış yuxu orta məktəbdə və universitetdə aşağı akademik uğur ilə; eyni zamanda, davamsızlıq nisbətinin artışı ilə əlaqələndirilir. Azyaşlı uşaqlar üçün 10-12 saat arası yuxu idealdır. Yeniyetmələr (13-18 yaş) üçün isə bu miqdar 8 ilə 10 saata düşür.

Tapşırıq və dərs çalışma vərdişlərini formalaşdırmaq

  • Ətrafı tapşırıq etməyə uyğun hala gətirin. Uşaqların otaqlarında, ya da evin başqa bölümündə səssiz, diqqət dağıdacaq faktorlardan uzaq, çalışmağa ruhlandıracaq çalışma məkanına ehtiyacları var.
  • Tapşırıq etməyə geniş zaman ayırın; bu zaman məktəb sonrası fəaliyyətlərə qatılmaqla bağlı seçimlər edin.
  • Tapşırıq edilən zaman televizor və digər elektronik alətlərin sönülü olması ilə bağlı ev qanunu qoyun.
  • Kompüter və İnternet istifadəsini nəzarətdə saxlayın.
  • Orta məktəbdə müəllimlərin, tapşırıqların, ya da başqa tapşırıqları elektronik məkanda edilməsini istəməkləri qeyri-adi deyil. Əgər uşağınızın kompüterə, ya da İnternetə evdən çıxışı yoxdursa, uyğun alternativlər üçün müəllimlərlə, yaxud məktəb rəhbərliyi ilə görüşün.
  • Uşaqlarınızın suallarını cavablamağa və kömək təkliflərinə hazır olun, amma heç bir zaman uşağınızın əvəzinə tapşırıqlarını həll etməyin.
  • Dərs edərkən göz, boyun və beyin yorğunluğunu xəfiflətdirmək üçün addımlar atın. Kitabları bir neçə dəqiqəliyinə bağlayıb gərnəşmək, diqqət dağıdıcı funksiyası olmadığı müddətcə aralar vermək effektiv ola bilər.
  • Əgər uşağınız hansısa mövzuda çətinlik çəkirsə, müəlliməsi ilə sizin, ya da başqa birinin uşağınıza kömək etməsi ilə bağlı danışıb tövsiyələr alın. Uşaqlarınızın ev tapşırıqlarında sual altında qalan məsələlər varsa, müəllimi ilə danışın.
  • Əgər uşağınız ev tapşırığına fokuslanmaqda, ya da onu tamamlamaqda çətinlik çəkirsə, bu vəziyyəti uşağınızın müəllimi, sinif rəhbəri, ya da həkim heyətinə bildirin.
  • Müəllimi ilə həll oluna bilməyən ümumi ev tapşırıqları üçün xüsusi müəllim hazırlıqları nəzərdə tutmaq olar.
  • Bəzi uşaqların ev tapşırığını tamamlamaq üçün əlavə köməyə ehtiyacı ola bilər. Ediləcəklər siyahısı hazırlamaq, saniyəölçən istifadə etmək və valideyn nəzarəti bu problemi həll etməyə kömək edə bilər.
  • Bəzi uşaqlar ev tapşırıqlarını xatırlamaqda çətinlik çəkirlər. Ev tapşırığını izləmək üçün uşağınızla və müəllimi ilə əməkdaşlıq edin. Misal üçün ev tapşırıqlarının yazıldığı bir dəftər köməkçi ola bilər.

Mənbə: egitimpedia.com