Jazz dinləyən bağça uşaqları

Aprel ayının 30-da “Sehrli Dayə” uşaq bağçasında “Beynəlxalq Caz Günü” nə həsr olunmuş Caz bayramı keçirilib. Tədbirin əsas məqsədi uşaqların musiqi janrı və incəsənətin bir sıra növləri ilə tanış olması, onlarda bu sahəyə maraq oyatmaqdır. Bağçanın musiqi müəlliməsi Suriyyə xanım müsahibəsində tez-tez belə musiqili tədbirlərin keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, bu cür tədbirlər uşaqların yaradıcılıq sahəsində inkişafına müsbət təsir göstərir.

Suriyyə Feyzullayevna:

Caz bayramında uşaqlar həm rəqslərin, həm də vokal ifaların stili və Ləman Qasımovanın saksafonda parlaq ifası ilə də tanış oldular. Bundan sonra əminəm ki, musiqi duyumunda uşaqlar daha yüksək səviyyəyə qalxacaqlar və bu hədər getməyəcək.

Bayramda uşaqlarla yanaşı valideynlər də iştirak edirdi. Valideynlərdən Aylinin anası Könül xanım tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşdü:

Könül xanım:

Tək bugünkü tədbir yox, bağçada keçirilən bütün tədbirlərdən çox razıyıq. Uşaqların inkişafına, gələcəkləri üçün bağçanın çox maraqlı və təsirli layihələri olur. Uşaqların özləri də belə tədbirlərdən çox zövq alırlar .

Bayram tədbiri  uşaqların  pianoda ifası, rəqsləri  ilə yadda qaldı. Həmçinin tədbirə dəvət olunmuş Ləman Qasımovanın  saksafonda ifası bayramı daha da maraqlı etdi. Balaca ifaçı tədbir haqqında bunları söylədi.

Ləman Qasımova :

Saksafon, əsasən, caz alətidir və caz mənim çox xoşuma gəlir. Festival da, uşaqların rəqsi də çox xoşuma gəldi.