Menu

İkiyaşlı uşaq əkiz qardaşını xilas etdi – Video

Bölmə: Xəbərlər | Tarix: Yanvar 5, 2017

ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşı tərəfindən xilas olunması səhnəsini lentə alıb.

Uşaqlar otaqda oynayarkən təsadüfən küncdə duran kamodu aşırıblar. Bu zaman uşaqlardan biri kamodun altında qalıb. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Bu an 2 yaşlı uşağın köməyinə əkiz qardaşı yetişir: o, özünü itirməyərək, əvvəlcə kamodu müxtəlif hissələrindən qaldırmağa çalışır, lakin bunu etməyə gücü çatmır. Daha sonra kamodu itələyərək, onu  kənara çəkməyə və beləliklə qardaşını xilas etməyə müvəffəq olur.

Valideynləri əvvəlcə bu videonu paylaşmaqda tərəddüd edib. Lakin, daha sonra digər valideynlərə uşaq otağında mebeli divara bərkitməyin nə dərəcədə vacib olduğunu göstərmək üçün bu görüntünü paylaşıblar.

Video İnternetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.

Mənbə: aile.lent.az