Əl sıxaraq salamlaşmaq sadə hərəkət ola bilər, lakin Amerika, Texasda bir uşaq bağçasının müəllimi bu bəsit hərəkətin şagirdlər üzərində böyük təsiri olacağına inanır.
18 illik bağça müəllimi olan Ashley Coston Taylorun sinifində hər gün fərqli bir şagird, sinfə girən digər bütün şagirdlərin hamısının əllərini üzündə təbəssümlə tək-tək sıxaraq qarşılayır. Hətta bəzi şagirdlər bir-birilərini qucaqlamağı da seçirlər.
Şagirdlərinin sinfin qapısında əl sıxaraq salamlaşmağının videosunu sosial mediada paylaşan Taylor, günə dostca salamlaşmaqla başlamağın şagirdlərinə mərhəməti və bir-birilərinə hörmət etməyi öyrədəcəyinə inanır.
“Məktəblərə olan hücumlar hamımızı dərindən sarsıdır və həqiqətləri görməyimizə kömək edir. Videonu buna görə sosial mediada paylaşdım. Bəlkə də o uşaqlar başqalarının yanlarında olduğunu hiss etsəydilər, hər şey çox daha başqa ola bilərdi. Bu hadisələrin arxasında bir başqa faktorların olduğunu bilirəm. Amma bu da o faktorlardan biridirsə?”
Videoda dostlarını qarşılayan balaca uşağın adı Asherdir. Asherin neyrofibromatoz 1 adlı irsi xəstəliyi var. Taylor, “Bağçaya başlayanda kifayət qədər danışa bilmirdi. Seçdiyi kəlmələr də çətinliklə başa düşülürdü. Videosunu çəkəndə onun nə qədər irəlilədiyini görməkdən qürur duydum. Bütün şagirdlərlə açıq şəkildə əlaqə qura bilir və hamısını adı ilə salamlaya bilir”, – deyə əlavə etdi. Taylor bütün bu ritualın uşaqlar üçün faydalı olduğunu deyir. “Uşaqlarımın yaşıdları ilə və yetişkinlərlə münasibət qurmaq formaları yaşlarına görə çox irəlidir. Günlük etdiyimiz məşğuliyyətlər yaxşı bir natiq və dinləyici olmağımızı tələb edir. Bunun praktikasını qapıdakı qarşılama ritualında da edirik. O da göz təmasını, açıq danışmağı və hörməti tələb edir”.
Taylor sinifdəki bütün uşaqların, “Qarşılayan nəfər” olması üçün ondan xahiş etdiklərini də əlavə edir. “Müəyyən bir sıra yoxdur. 18 uşaqla tək-tək danışıb elə qərar verirəm. Günün ən sevdikləri bölümünün bu olduğuna inanıram”.
Uşaqların salamlaşma videosunu bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/ashley.c.taylor.9/videos/10216332373967449/
Mənbə: egitimpedia.com