Bəzi nənələr nəvələri ilə asudə vaxt keçirməyə can atır, başqaları onları uzaq məsafədən sevir, bir qrupu isə nəvələrinə tamamilə laqeyd yanaşır və “nənə” deyə çağırılmağı xoşalmırlar. Görəsən, Fransanın 65 yaşlı birinci xanımı Bricti Makron necə nənədir?
Bəziləri irad tutur ki, onun üçün mini ətəklərini məxmər xalata dəyişmək, diplomatik görüşlər və moda nümayişləri əvəzinə isə qoğal bişirmək və mil saplarla corab toxumaq vaxtı çoxdan yetişib. Bəs madam Makron bu barədə nə düşünür? Məlum olub ki, fransız nənə nəvələrinin tərbiyəsi ilə ciddi məşğul olur. Yeri gəlmişkən, ledinin yeddi nəvəsi var.
Nəvələrin tərbiyəsi
İxtisasca müəllimə olan Bricit Makron çoxuşaqlı fransız burjua ailəsində anadan olub. O, ailənin altıncı və ən kiçik uşağı olub. Fransanın gələcək birinci xanımı və üç uşaq anası vaxtilə özündən 24 yaş kiçik olan tələbəsi Emmanuel Makron naminə bankir əri ilə yollarını ayırmağa qərar verib. Bu gün isə Bricit üçün ailə çox müqəddəsdir, xüsusilə də əgər söhbət sevimli nəvələrindən gedirsə. Məlum olub ki, Fransanın birinci xanımı öz həyatını onlarsız təsəvvür etmir.
Fransanın futbol yığmasının məşqçisi Didye Deşam bu yaxınlarda verdiyi müsahibədə birinci xanımın nənə statusuna necə yanaşmasından bəhs edib. O, bildirib ki, Makron cütlüyü ilə nahar edərkən yaxından tanış olub:
“Bizim bir çox oxşarlıqlarımız var, axı biz pedaqogika ilə məşğul oluruq. Mən idman məşqçisiyəm, o isə məktəb müəlliməsidir. Biz nahar süfrəsində təhsil sahəsi, futbol və bizi xoşbəxt edən nəvələrimiz haqqında çox danışmışıq. Madam Makron çox açıqsözlü qadındır”.
Deyilənlərə görə, Bricit Makron ideal nənədir. O, nəvələrini ərköyün böyütmür. Birinci xanım uşaqlarına verə bilmədiklərini nəvələrinə yükləməyə çalışmır. Xanım Makron əmindir ki, nənə və babaların sahib olduğu nüfuzdan və nailiyyətlərindən asılı olmayaraq, valideynlərin mövqeyi həmişə ilk yerdə dayanmalıdır.
İdeal nənə həyatı sevir və hər gününü qiymətləndirir. O, nəinki öz uşaqlarına və nəvələrinə baxır və əzizləyir, həm də özünə vaxt ayırır. Öz həyat eşqi, həyat tərzi və fəallığı ilə Bricit Makron həm övladlarını, həm də nəvələrini ruhlandırır!
Ərinin andiçmə mərasimi zamanı Bricit bildirib ki, qrafiki imkan verdiyi müddətdə nəvələri ilə tez-tez ünsiyyətdə olmaq niyyətindədir. O, nəinki prezident ərinə kömək edir, həm də ölkədə təhsil proqramları ilə məşğul olur. Yeri gəlmişkən, birinci xanımın Yelisey sarayında ayrıca otağı var.
Bununla belə birinci xanım vəzifə və öhdəliklərinin yaxınları ilə münasibətlərinə neqativ təsir etməsinə icazə vermir. Şübhəsiz, ailə Bricit üçün 1 nömrəli prioritet olaraq qalır.
B.Makronun kiçik qızı Tifen Ozer müsahibəsində etiraf edib ki, əgər ona əsl məhəbbət nümunəsinə dair sual verilsəydi, o, düşünmədən anası ilə onun həyat yoldaşının münasibətlərini misal gətirərdi: “Onlar bir yerdə olanda, sanki dünyanı unudurlar. Emmanuel anamın nəvələrini çox sevir, onlar isə nəvazişlə onu “ata” çağırır. Məgər bu, sevgi deyil?”
Bricit və Emmanuelin birgə övladı yoxdur.
“Biz uşaq sahibi olmamaq qərarına gəldik. Bu seçim, Bricitlə aramızda olan yaş fərqinə əsasən verilib. Mənim bioloji uşaqlara və nəvələrə ehtiyacım yoxdur, çünki bütün sevgi və qayğımı Bricitin nəvələrinə bəxş edə bilərəm” , – deyə müsahibələrinin birində Fransa prezidenti bildirib.
Mənbə: Qadin.net