Məktəbəqədər təhsili başa vurduqdan sonra valideynlər övladları üçün ən uyğun məktəbi axtarmağa başlayır. Bu zaman beynimizdə müxtəlif suallar yaranır, seçim etməkdə çətinlik çəkirik. Bu dəfəki məqalədə sizə övladımıza məktəb seçərkən diqqət yetirməli olduğumuz məsələlər haqqında məlumat verəcəyik.
Hər şeydən əvvəl aşağıdakı suallara cavab verməyə çalışın:
1. Valideyn olaraq mənim məktəbdən gözləntim nədir?
2. Məktəbin övladımın təhsilinə necə təsiri olmasını istəyirəm?
3. Məktəb övladımın həyatının hansı nöqtəsində yer alacaq?
Mütəxəssislərin araşdırmaları belə deməyə əsas verir ki, uşağın məktəb təhsilində əldə edəcəyi uğurlu və ya uğursuz nəticələr birbaşa olaraq onun valideynlərindən, ailəsindən aslıdır. Valideyn övladını nə qədər yeniliklərə, öyrənməyə meyilli böyüdərsə, uşağın da məktəb həyatı bir o qədər maraqlı olar. Amma, təssüflər olsun ki, bir çox valideynlər övladlarını rastlaşa biləcəkləri hər xırda çətinlikdən, xəyal qırıqlığından lazım olduğundan artıq səviyyədə qorumağa çalışır. Beləcə uşaq təcrübə ilə, səhvlərlə öyrənə biləcəyi bir çox yeniliklərdən, biliklərdən məhrum olur. Buna görə də mütəxəssislərin övladı məktəb yaşına çatan valideynlərə ən birinci məsləhəti övladlarına öz seçimlərini etmə, qərarlarını vermə imkanını yaratmalarıdır.
Valideynlərin yol verdiyi səhvlərdən digəri isə uşağı həddindən artıq tərifləmək, onu ərköyünləşdirməkdir. Övladınız hər xırda şəkil çəkdiyi zaman onu alqışlayıb, bolluca afərinlər desəniz, uşaq mükafat asılısına çevriləcək. Əhəmiyyətli bir məqamı unutmaq olmaz; siz ona ağıllı dedikcə uşaq onda var olan bir bacarıq olduğunu düşünür, bunu inkişaf etdirməli olduğu ağlına belə gəlmir.
Uşaq məktəbdə nə qədər vaxt keçirir?
“EğitimPedia”da nəşr olunan bir araşdırmaya görə, uşağın məktəbdə keçirdiyi vaxt, ümumi zamanının 10%-dir . 53% məktəb xaricində keçirilən zaman, 33% isə yuxudur …
Məktəbdən kənar keçirilən vaxtda valideyninin müəllim kimi davranması uşaqların öyrənmə həvəsini aşağı salır. Araşdırmalar onu göstərir ki, məktəb xaricində ailəsi və yaşıdları ilə daha çox oyun oynayan, əylənən uşaqlar səhəri gün məktəbə getməyə, yeni biliklər öyrənməyə də daha həvəsli olurlar.
Uşaqların bir-biri ilə münasibətinə müdaxilə etməyin!
Əksər hallarda həm valideynlər, həm də müəllimlər uşaqların bir-biri ilə münasibətlərinə müdaxilə edir, onları düzgün bildikləri istiqamətdə yönləndirməyə çalışırlar. Amma düşünün: Sinifdə iki qız bir-birinə küsüb, qaça-qaça gedib onları barışdırmağa ehtiyac var mı? Bu qədər müdaxilənin uşaqlara bir faydası var mı? Küsən uşaqlar özləri də barışa bilərlər. Uşaq bu vəziyyətdə böhran idarəçiliyini öyrənəcək, ünsiyyəti öyrənəcək. Siz bunları onun əlindən alırsınız. Sinif daxilində tarazlıqlara müdaxilə, bunu bununla oturtma kimi mövzularla siz uşağın əlindən ən qiymətli təcrübələri alınır.
Tapşırıqlar- yeni axşam yeməyi
Ailələr artıq axşam yeməyi yeyə bilmirlər, çünki uşaqları ilə tapşırıq müharibəsi aparırlar. Amma unutmayın: tapşırıq uşağın məsuliyyətidir. Onu etmək və ya əskik etmək, nəticələrinə dözmək tamamilə onun məsuliyyətində olmalıdır.
Məktəb seçmə düsturu;
Məktəb seçimi qərarını mürəkkəb hala gətirməyin, bunun üçün bütün maliyyə şərtlərinizi məcbur etməyin. Evinizin yaxınlığında yerləşən məktəblərə baxmaqla işə başlayın. Məktəbin ilkin görünüşü, şəraiti və ətrafdan bu məktəb haqqında eşitdiyiniz rəylər sizi qane edirsə, heç düşünmədən o məktəbi seçin. Unutmayın, bütünlüklə pis məktəb və pis müəllim yoxdur. Övladınızın məktəb təhsilindən nə əldə edəcəyi daha çox onun özündən aslıdır.