Çoxlu şirniyyat yemək uşaqlarda hiperaktivliyə səbəb olurmu?

Bir çox valideynlər belə hesab edir ki, çoxlu şirniyyat yeyən uşaqlar hiperaktiv olur. Lakin bu belə deyil.

Bagcam.az Saglamolun.az-a istinadla xəbər verir ki, aparılmış araşdırmalar şiniyyatların istehlakının hiperaktivlik və ya digər davranış pozulmaları ilə əlaqəsini aşkar etməyiblər.

Təbii ki, çoxlu miqdarda şirniyyatların yeyilməsi nə uşaqlar, nə də böyüklər üçün faydalı sayıla bilməz.

Şirniyyatlar çox kalorili olduğuna görə, onların həddindən artıq istehlakı uşaqlarda və həmçinin böyüklərdə artıq çəkiyə səbəb ola bilər.

Şirniyyatların çoxlu miqdarda istehlakı ürək-damar sistemi üçün ziyanlıdır – damarlarda xroniki iltihabın yaranmasına səbəb olur ki, bu da aterosklerozun riskini xeyli artırır.

Bundan əlavə araşdırmalar sübut edib ki, qlükoza xərçəng hüceyrələrinin bölünməsini sürətləndirir.