Burun, boğazında bakteriya çox olan uşaqlarda astma yarana bilər

Astma və onun ağırlığı burun və boğazın mikroflorası ilə sıx bağlıdır və bundan çox asılıdır.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Vaşinqton Universitetinin alimləri sübut edib ki, yuxarı tənəffüs yollarında olan bakteriyaların miqdarı və təsirinin uşaqlarda bronxial astmanın dərəcəsini təyin edir.

Yeni elmi araşdırmada 5-12 yaş arası 214 nəfər bronxial astmalı uşaq müşahidə olunub. Uşaqların burun selikli qişasından yaxma analizi götürülüb.

Tədqiqat müddətində bəzi uşaqlarda astma simptomları kəskinləşirdi. Məlum olub ki, bronxial astmanı kəskinləşdirən burun yollarında olan stafilakokk, streptokokk və moraksella bakteriyalarıdır.

Xəstəliyi müalicəyə tabe olan, ağırlaşmayan uşaqlarda isə korinbakteriyalar daha çox tapılmışdı.

Təcrübə göstərdi ki, yuxarı tənəffüs yollarının mikroflorasında korinbakteriya və morakselam olan uşaqlarda astma simptomları daha dərin və ağır olur.

Ona görə də astmalı uşaqların burun-boğaz mikroflorasının sağlamlığına və bakterial infeksiyaların olub-olmamasına ciddi yanaşmaq lazımdır.