Bu dərmana görə uşaqlar gec danışmağa başlayır

İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

Bagcam.az Saglamolun.az-a istinadən xəbər verir ki, araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.