Bir Nəsli Anlamaq: Z Nəsli Kimdir?

Bəzi mənbələrdə 1996 -1997 il təvəllüdlüləri əhatə etsə də, aktual mənbələrə görə 2000-ci ildən etibarən dünyaya gəlmiş insanların yaratdığı nəsil Z nəsli adlanır. Tamamilə texnikanın hakim olduğu bir dövrdə anadan olduqları üçün texnologiyayla olduqca iç-içə yaşayan bu nəsilə, “İnternet nəsli” adı da verilir. Olduqca nikbin olması ilə yanaşı, şəxsi ambisiyalarının da son dərəcə yüksək olması, nəslin ən bilinən xüsusiyyətlərindəndir. 21-ci əsrin ilk nəsli olan Z nəslinin, texnologiyanın da sayəsində orta ömür müddəti baxımından digər nəsillərdən fərqli olması gözlənilir.

Y və Z Nəsli Arasındakı Fərqlər

2020-ci ildən etibarən dünyanın ən böyük istehlakçı qrupu olması gözlənilən “rəqəmsal uşaqlar”, fərqli ailə quruluşları və daha müxtəlif etnik qruplar ilə birlikdə böyüyür. Hazırda rəsmi olaraq universitetə qəbul olan Z nəsli fərdlərinin ali təhsildən gözləntiləri, özlərindən əvvəlki Y nəsli kimi yalnız texnoloji faktlarla məhdud deyil. Z nəsli, sosial şəraitlərdə, tətbiqi və birbaşa öyrənməyə meyilli nəsil kimi tanınır. İstədikləri vaxt sosial mediaya, təhsil vasitələrinə olan həvəsləri, nəslin biliyə çatmaq, çətinlik çəkmək istəmədiyi anlamına gəlir.

Z Nəsli Rəqəmsal Dünyanı Necə İstifadə Edir?

Teknosa tərəfindən 7-16 yaş arasındakı uşaqların rəqəmsal məcralarda ictimaiyyətə açıq olaraq paylaşdığı 1 milyon 600 min data təhlil edərək apardığı bir araşdırma, bizə Z nəslinin rəqəmsal dünya istifadə etmə forması haqqında mühüm məlumatlar verir. Aparılan araşdırmaya görə, rəqəmsal dünyanın içində doğulan Z nəsli, 97 faiz nisbəti ilə ən çox Youtube-da varlıq göstərir. Öz həmyaşıdlarının gündəlik həyatını yaxından təqib edən bu nəsil, günün meyillərinə uyğun olaraq əyləncəli video materiallar istehsal edən kanallara abunə olur, sevdikləri oyunların video materiallarını izləyir.

Rəqəmsal dünyada uşaqların danışdığı məsələlərin başında 38 faiz nisbəti ilə oyun adı gələndə, bu nisbət uşağın oyun xarakterləri və oynadığı oyunlardan nə qədər təsirləndiyinin də göstəricisi olur. Z nəslinin digər maraq sahələri isə 34 faiz ilə trendləri və gündəmi təqib etdikləri Vloglar, 19 faiz ilə həmyaşıdlarının gündəlik fəaliyyətləri, 6 faiz ilə oyuncaqlar və 3% ilə uşaq kanalları kimi sadalanır.

Z Nəslinin Xüsusiyyətləri Nələrdir?

Müxtəlif sosioloji qruplarla əlaqə qurmaq və haqq arama məsələlərində digər nəsillərdən daha uğurlu olmaları, iş həyatlarında çata biləcəkləri uğurların müjdəçisi sayılır. Əlavə olaraq, sərhədsiz yeni məlumata çıxışın, Z nəsli ilə daha özünə inamlı və karyera yönümlü bir nəsil yaratdığı düşünülür.

Z nəsli Necə İdarə Edilir?

Z nəslinə mənsub insanlarla işləməyə başlamaq istəyənlər üçün verilən bəzi idarəetmə ipucları  belədir:

  • Onlara muxtariyyət tanıyıb, sahibkar ruhlarını bəsləyin. Sadəcə vəzifə verməkdən çəkinin;
  • “Helikopter Valideyn”lərə böyüdükləri üçün mükafatlarla motivasiya olunduqlarını unutmayın;
  • Üz-üzə ünsiyyətin önəminə inandıqlarını, sadəcə yazışmaqdan xoşlanmadıqlarını, həqiqətən eşitdiklərini hiss etmək istədiklərini diqqətdə saxlayın.

Mənbə: egitimpedia.com