7 may tarixində Bağçalar arası 1ci teatr festivalının bağlanış mərasimi keçirilib. Mərasimi festivalın rejissoru Rafiz Mehdizadə açıq elan edib. O çıxışında valideynləri və tamaşalarda iştirak edən uşaqları salamalayıb, onları təbrik edib.
Daha sonra Education Management and Network və Edu.Co şirkətinin rəhbəri Rasif Dünyamlıyev iştikakçıları təbrik edib, festival barədə məlumat verib.
“Baby star”, “Sehrli Dayə” bağçalarından festivalda çıxış edən balacalar sertfikat ilə təltif edilib. Daha sonra yekun olaraq “Ən yaxşı bağça aktyoru”, “Ən yaxşı bağça aktrisası” və “Ən yaxşı bağça teatr tamaşası” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Belə ki, “Ən yaxşı bağça aktrisası” nominasiyasını “Baby Star” bağçasından Xalidə, “Ən yaxşı bağça aktyoru” mükafatını Alim və “Ən yaxşı bağça teatr tamaşası” mükafatını isə “Baby star” bağçasının səhnələşdirdiyi “7 cırtdan və Ağbəniz” tamaşası qazanıb.
Mərasim bitdikdən sonra Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin uşaqları qonaq qismində tamaşa ilə çıxış edib. Balacalar təbiətin qorunması, heyvanları sevmək mövzusunda tamaşa göstəriblər.
Sonda Rasif Dünyamalıyev və Rafiz Mehdizadə fikirlərini bizimlə bölüşüb:
Rasif Dünyamalıyev:
Tamaşa zamanı uşaq ağlamaq məcburiyyətindədir, roluna uyğun ağlamalıdır. Ağlamaq üçün o hiss etməlidir ki, insan necə üzülə bilir, ağlaya bilir, yaxud qəzəbli olur. Bu hissləri uşaqlara biz teatr vasitəsilə öyrədirik. Bu gün də, bizim şəbəkəyə daxil olan bağçalarda bu məqsədlə, sosial emosional öyrənmə məqsədilə uşaqlrın bu istiqamətdə öyrənməyi üçün biz teatr məşğələləri təşkil ediirk. Xüsusən də pantomim teatrlar
Rafiz Mehdizadə:
Dörd tamaşa, festivalda iştirak edən tamaşaları biz özümüz, teatrla məşğul olan adamlar çətinlik çəkirdi ki seçə bilmirdik ki hansı tamaşa yaxşıdır. Çox xırda nüanslarla biri birinci oldu, ən yaxşı aktyor adı qazandı, ən yaxşı aktrisa adı qazandı. Belə deyim ki, bu bir həftə biz festival atmosferində yaşadıq. İçimizdə bayram işi var idi, böyük bir həyacan var idi. O həyacan da uşaqlardan gəlirdi. Çox sevinirik ki bu gün bu festival uğurla yekunlaşdı.
Qeyd edək ki, Bağçalar arası I Teatr Festivalına 3 may tarixində start verilib. Festivalda “Baby star”, “Sehrli Dayə” bağçaları iştirak edib.