Bağça uşaqlarına səlis nitq üçün loqoped məşğələsi

Uşaqların dil açmasını hər bir valideyn səbrsizliklə gözləyir. Lakin dil açdıqdan sonra bəzi uşaqlarda müxtəlif nitq problemləri ortaya çıxır.

Uşaqların gələcəkdə gözəl nitqə sahib olması üçün “Education Management Network” şirkətinə daxil olan “İndigo” Nərimanov uşaq bağçasında  nitq problemi olan uşaqlara cədvələ əsasən loqoped məşğələləri keçirilir. Defektoloq-loqopedlər balacalara düzgün və səlis danışığı öyrətməklə yanaşı, kiçik motorikanı (əllər) inkişaf etdirən xüsusi vəsaitlərlə masajlar da edirlər. Bağçanın defektoloq-loqopedi deyir ki, əllər birbaşa nitqlə bağlı olduğu üçün bu tipli masajlar uşaqlarda nitqin inkişafına müsbət təsir göstərir.

Qeyd edək ki, loqoped məşğələləri “Education Network Management” təhsil şəbəkəsinə daxil olan bütün bağçalarda tətbiq edilir.