Uşaqlarla evdə oynaya biləcəyiniz oyunlar

ev_oyunEvdə uşaqlarla keyfiyyətli zaman keçirməyin yolu oyun oynamaqdan keçir.

Oyun oynamaq; uşaq üçün yemək yemək və yatmaq kimi təbii  ehtiyacdır və eyni zamanda uşağın psixoloji, ictimai və zehni inkişafına da mühüm təsir göstərir. Bagcam.az sizə övladınızla (2-3 yaş aralığında)  rahatlıqla oynayacağınız oyunların siyahısını təqdim edir:

  1. Oyuncaq gizlətmə

Oyuncaqları şkafda gizlədin, amma onu şkafın hansı hissəsində gizlətdiyinizi deməyin. “Gəl oyuncaqları axtaraq” deyə onu oyuna çağırın. Axtararkən əgər şkafın üstündə tapa bilmirsə, “Deməli, şkafın üstündə deyilmiş” kimi təkrarlarla alt-üst, var-yox kimi zidd ifadələri öyrətmiş olacaqsınız.

  1. Heyvan səsləri oyunu

Oyuncaq heyvanların hamısını bir paketə yığın. Sonra övladınızın oradan bir oyuncaq çıxarmasını xahiş edin.  Götürdüyü heyvanın adını və hansı səsləri çıxardığını onunla birlikdə təkrarlayın.

  1. Musiqi ilə hoppanma oyunu

Ailəlikcə oynayacağınız bu oyunda oyunçular musiqi çaldığı anda hoppanmağa başlayırlar. Musiqi dayananda yerə oturub bardaş qurulur. Bunu ən sonda edən oyunçu oyunu tərk edir. Təbii ki, bu zaman uşağınıza yol göstərməyiniz və onun sürətilə ayaqlaşmağınız vacibdir.

  1. Sancaq oyunu

Rəngli paltar sancaqlarını rənglərinə görə ayırıb qaba yığın. Hər rəngdən bir-bir olmaqla seçib uşağınıza verin. Ondan əlindəki sancaqları aid olduğu rəngin qabına qoymağı xahiş edin. Belə olan halda, rənglərin adını tez-tez təkrarlamaqla onun rəngləri öyrənməsinə şərait yaradacaqsınız.

  1. Legolar-bloklar ilə oyun

Legolarla oynamaq uşağın motorik bacarıqlarını, nəsnələri tanımağını və diqqətini qüvvətləndirir. Yaradıcılığına və xəyal gücünə yardım edir.

Mənbə: lafmacun.net

“Qızılcanın fəsadları hətta ölümlə də nəticələnə bilər”

qizilca2017-ci ilin yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Fevralda isə bu rəqəmlər daha artıq olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı öz rəsmi saytında məlumat yerləşdirib. Təşkilat Avropa ölkələrində qızılcanın sürətlə yayılması barədə həyəcan təbili çalır. Hazırda virus yayılmaqda davam edir və rəqəmlərin artdığı deyilir. Qızılca nədir, necə yayılır, fəsadları hansılardır? Bagcam.az xəbər verir ki,  Ailem.az-ın bu və digər suallarını pediatr Vaqif Qarayev cavablandırıb.

Həkim ilk növbədə onu bildirir ki, qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir: “Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir”.

Keçmiş zamanlarda qızılca xəstəsi yatan otaqlarda qırmızı pərdə asar, qırmızı süfrə sərərmişlər. Bunu dini baxımdan izah edərdilər. Lakin həkim bunun tibbi izahının da olduğunu qeyd edir: “Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. Hətta qədimdə qızılcanı Allahın lütfi kimi qəbul edirlər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi ki, öz-özünə keçib gedəcək. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. İndi də bəzi yaşlı insanlar qızılca xəstəsinə iynə-dərman müalicəsi etməyə qoymurlar”.

V. Qarayevin sözlərinə görə, qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Qızılcanın fəsadları hətta ölümlə də nəticələnə bilər: “Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca miningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir”.

Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Qızılca virusu çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə münasibətdə, ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır: “Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”.

Mütəxəssis qızılca tutan və yoluxma təhlükəsi olan uşaqların ətrafdan təcrid olunmasını tapşırır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağça yaşlıdırsa, həmin müəssisəyə getməməlidir: “Ötən ay Rumıniyada 20-yə yaxın uşaq qızılcadan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı isə Rumıniyadakı vəziyyətə heç bir müdaxilə etməmişdi. Çünki təşkilat belə bir arqument gətirirdi ki, Rumıniya hökuməti öz vətəndaşlarına peyvəndin faydalarını izah edə bilməyib. Avropada bir antivaksion hərəkatı var idi, Rumıniya da ora qoşulmuşdu. Qızılca karantin infeksiyalarına aiddir. Xəstələrin sayı, ölüm halları və s. barədə məlumat Dünya Səhiyyə Təşkilatına mütləq verilməlidir. Qızılca olan uşaq kollektivə gedə bilməz. Hətta əgər xəstəliyin sayı çoxdursa, həmin uşaq müəssisəsi bağlanmalıdır. Rumıniyada da belə bir hal yaşandı. Lakin təəssüf ki, Rumıniya hökuməti vaxtında qızılca peyvəndinin vacibliyini əhaliyə başa sala bilməmişdi”.

Həkim bu xəstəlikdə peyvəndin mütləq olduğunu vurğulayır. Valideynlər peyvənd təqviminə əsaslanaraq buna biganə yanaşmamalıdırlar: “Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Amma xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır. Həmin dövrdə təkcə qızılca deyil, məxmərək, “qulaqdibi” deyilən xəstəliklərin də peyvəndi olunmalıdır. Bu xəstəliklər də ciddidir. Lakin qızılcaya qarşı peyvənd mütləq olunmalıdır. Çünki çox ciddi ağırlaşmaları var və ölümlə nəticələnir”.

“Alınma qidaların saxlanma şəraitinə ciddi fikir verilməlidir”

erzaq“Son vaxtlar uşaqlar arasında yayılmış mədə-bağırsaq infeksiyalarına – kəskin qastroenteritlərə çox rast gəlinir. Uşaq yaşlarında mədə-bağırsaq pozğunluqlarının səbəbinin 90 faizi rotavirus infeksiyaları ilə bağlıdır. Yəni bunlar virus mənşəli xəstəliklərdir”.

Bagcam.az xəbər verir ki, bunu Aile.lent.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib. Son vaxtlar uşaqlar arasında yayılan mədə-bağırsaq infeksiyalarından danışan həkim bu xəstəliyin qusma, ishal halları ilə müşahidə edildiyini bildirib: “Hazırda bizə müraciət edən uşaqlarda da viral infeksiya ilə bağlı qastroenteritlər üstünlük təşkil edir. Bu, az hallarda bakterial mənşəli də ola bilər. Bunların simptomları isə tamamilə bir-birindən fərqlənir. Adətən ümumi simptomları ilk 49 saat qusma olur. Bəzən 7 günə qədər qusma halları ola bilər. Ardınca ishal və qarın ağrıları şikayətləri baş verir. Bu zaman biz problemə simptomatik yanaşırıq. Yəni qusma, işləmə simptomlarına əsasən müalicələr edirik. İlk növbədə susuzlaşmanın qarşısını alırıq, yüngül qidalanma təyin edirik. Sadəcə virus infeksiyasının başa çatma müddətini gözləyirik”.

Həkim deyir ki, bu problemin yanaşı ağırlaşmaları da müşahidə edə bilər. Bu halda isə müalicə sistemi dəyişdirilir: “Əgər yanaşı ağırlaşmalar müşahidə edilərsə, məsələn, uşağın nəcisində qan görülərsə, gücənmə olarsa, yüksək qızdırma baş verərsə və laboratuor analizlərin nəticələrinə də əsaslanaraq, bakterial infeksiya şübhəsi təsdiqlənərsə, həkimin təyinatı ilə antibiotik preparatları alına bilər. Amma virus infeksiyalarında antibiotiklə terapiyaya ehtiyac olmur. Sadəcə simptomatik müalicə ilə virusun qarşısı alınır. Körpə yaşlı uşaqlarda daha riskli olduğuna görə, yaxşı olar ki, xəstəxana şəraitində həkim nəzarəti altında olsun. Böyük yaşlı uşaqlar isə ayaqda izlənilə bilər”.

G. Rəsulovanın sözlərinə görə, qastroenterit simptomları olan qusma və ishalı bəzən valideynlər qida zəhərlənmələrinin əlamətləri ilə çaş-baş salır. Ona görə də həkimə müraciət etmək vacibdir. Mütəxəssis ilk növbədə valideynlərə ayıq olmağı, qidalanma və dərman preparatlarına qarşı diqqətli olmağı məsləhət görür: “Valideynlər çox vaxt zəhərlənmədən qorxub təşvişə qapılırlar. Ümumiyyətlə, uşaqlara verilən qidalara qarşı son dərəcə diqqətli olmaq lazımdır. Alınma qidaların istifadə tarixinə diqqət edilməlidir, saxlanma şəraitinə ciddi fikir verilməlidir. Çünki əlverişli şəraitdə saxlanılmayan qidaların qəbulu ilə bağlı olaraq uşaqlarda qastroenterit simptomları müşahidə edilə bilər. Yəni zəhərlənmədən qorunmaq lazımdır”.

Pediatr alınan dərman preparatlarının da saxlanma və istifadə qaydasına fikir verməyi tapşırır. Uşaqlarda qusma simptomları varsa, evdə yemək yeyib qusursa, yenidən uşağa qida verilməməlidir. Uşaq bir neçə saat ac dönəm keçirməlidir. Ac dönəmdən sonra bu simptomlar yenə davam edərsə, hərarət yüksələrsə və ya başqa əlamətlər olarsa, mütləq həkimə müraciət edilməlidir.

Uşağınıza deməli olduğunuz 8 sehirli cümlə

Uşaqların xoşbəxt gələcək qura bilməsi üçün onların qayğı və diqqətlə böyüməsi şərtdir. Elə ona görə də gəlin, uşaqlarımızı sevgimizdən məhrum etməyək.

Bagcam.az sizə uşağınıza deməli olduğunuz 8 sehirli cümləni təqdim edir:

“Valideynlər uşaqların seçiminə təkan verməlidirlər”

İdman sağlam gələcək deməkdir. İdman etmək uşaqların zehni, fiziki və psixoloji inkişafını təmin edir, onların daha sağlam böyüməsinə səbəb olur.

Bu dəfə illərini idmana həsr etmiş tanınmış boksçu, əməkdar məşqçi Tofiq Babanlı ilə idman və bədən tərbiyəsinin faydalarından, idmanın uşaqların həyatındakı önəmindən danışdıq:

musahibe-foto-9Bir məşqçi kimi deyə bilərsiniz mi, uşaqların üçün idmanın rolu nədən ibarətdir?

– İdman və bədən tərbiyəsi fərqli möhvumlardır. Bədən tərbiyəsi hər insan üçün vacibdir. İdman isə xüsusi hazırlıqdır. Buna xüsusi həvəs, istək olmalıdır. Elə uşaqlar var ki, özləri hansısa idmanla məşğul olmaq istəyirlər. Valideyn öz istəyinə uyğun uşağına istiqamət verməməlidir. Məsələn, uşaq güləşi sevir, atası onu yüngül idman növünə (tennis, şahmat və s.) qoyur. Bu yaxşı hal deyil.

Deyirsiniz ki, valideynlər uşaqların seçiminə qarışmasınlar..

– Gənc nəsil bizim gələcəyimizdir. Uşaqların bərkiməsi üçün ağır idman növləri lazımdır. Demirəm ki, şahmat, tennis kimi idman növləriylə məşğul olmasınlar. Onlar həmin idman növləri ilə istədikləri vaxt məşğul ola bilərlər, ona çox enerji tələb olunmur. Amma ağır idman növlərində uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən möhkəmlənirlər. Gələcəkdə bu uşaqlar Vətən üçün də lazımlı olurlar.

Əlbəttə, valideynlər uşaqların seçiminə təkan verməli, hər zaman dəstəkləməlidirlər, çünki uşaqda nəyəsə həvəs varsa, inkişaf edə bilər. Amma uşağı nəyəsə məcbur etsək, sona qədər mübarizə apara bilməyəcək.

Bəs siz övladlarınızın seçimlərinə müdaxilə etmisinizmi?

– Bir oğlum cüdo üzrə beynəlxalq dərəcəli hakimdir, həm də musahibe-foto-1o federasiyanın baş katibidir. Mən fəxr edirəm ki, o işinin ustasıdır. Digər oğlum isə boks üzrə idman ustası və beynəlxalq dərəcəli hakimdir. Onların seçimindən razıyam. Onlar ölkəmizdə idman sahəsinin inkişafına öz töhfələrini verirlər.

Təbii ki, övladlarmın gələcək planlarının qurulmasında onlara valideyn kimi məsləhətlərimi verib, təcrübələrimi bölüşürdüm. İdman sahəsini seçmələri isə sırf öz istəkləri ilə bağlı olub.

“Valideyn nə qədər ki, var həmişə istəyər öz övladlarına yol göstərsin”

Bütün valideynlər, müəllimlər  hamısı tərbiyəçidirlər. Biz əlbəttə ki, ilk növbədə adi insani keyfiyyətləri inkişaf etdirmək üçün uşaqların həmişə təlim-tərbiyəsilə  məşğul olmuşuq. Elə indi də baxmayaraq ki, onlar artıq özləri atadılar, övladları var, elə indi lazım olanda müəyyən göstərişlər, təkliflər veririk. Bu, həmişə lazımdır. Valideyn nə qədər ki, var həmişə istəyər öz övladlarına yol göstərsin.

Ümumiyyətlə, ata ilə övlad arasında nümunəvi münasibət necə olmalıdır?

– Bu münasibət dostluq xarakteri daşımalıdır. Burada tam inam və inad olmalıdır. Ata tərəfindən deyilən sözlər, göstərilən nümunələr uşağa düzgün təsir bağışlayırsa, bunlar tam yerinə yetirilirsə, valideynin böyük uğurudur.

“Uşağın inkişafı üçün təkcə ev azdır”

musahibe-10aqların tərbiyəsinə ailəylə yanaşı uşaq bağçalarının da təsiri var. Siz nəvələrinizi bağçaya etibar edirsinizmi?

– Uşaqların tərbiyəsi uşaq bağçasından başlamalıdır. Həmçinin, indi bağçalarda bədən tərbiyəsinə də çox önəm verirlər. Bağçada uşağın tərbiyə alması valideynin tərbiyəsindən əlavə bir stimuldur və uşağın inkişafı üçün təkcə ev azdır. Orada valideynləri əvəz edən müəllimələr var. Onlar uşaqlara tərbiyə verirlər, dostluq edirlər. Uşaqlar öz yaşıdları ilə münasibət qurur. Mənim nəvələrimin dilindən bağça müəllimələrinin adları düşmür. Müəllimələrinin bağçada nə öyrətdiklərindən danışırlar. Həmçinin, uşaq tək olanda, təkcə valideynin tərbiyəsini görəndə onlar bir az eqoist olurlar. Kollektivdə böyüyəndə isə onlar daha yaxşı tərbiyə alırlar və kollektivin önəmini hiss edirlər.

Bağçalarda uşaqlara idmanı necə sevdirmək olar?

– Bəzi bağçalarda görmüşəm ki, yarışlar keçirirlər qələbə qazananan uşaqlara diplom verirlər. Bilirsiniz, bu uşaqlarda nəinki sağlamlığı inkişaf etdirir, həm də idmana marağı artırır. Gələcəkdə belə uşaqlar həm sağlam böyüyürlər, həm də uşaqlar hər hansı bir idman növünü sevəndə onlar üçün məşğul olmaq da asan olur.

Uşağınızın immunitetini belə yüksəldin

Imagem_Criança-saudáve-e-forteUşaqlarda immunitetin əsası ana bətnində qoyulur. İmmun sistemi çox mükəmməl formada qurulub. Onun çatışmazlığı olduqda orqanizmdə çox ciddi dəyişikliklər baş verir. Bunun nəticəsində uşaq tez-tez xəstələnir və təbii ki, antibiotiklərdən istifadə lazım olur.

İmmun sistemi qoruma funksiyasına malikdir. Belə ki, əvvəlcə ağız, burun, dəri vasitəsi ilə mikroorqanizmin daxil olmasını əngəlləyərkən, eyni zamanda daxil olmuş mikroorqanizmlərin xəstəlik törətməsini və irəliləməsinin qarşısını alır. İmmun sistemi dalaq, limfa vəziləri və digər immun orqanlarının bir yerdə çalışması nəticəsində ortaya gələn qarışıq mükəmməl bir sistemdir.

İmmun sistemi uşaqlıq dövründə möhkəm olmalıdır ki, uşaq yetişkinlik yaşlarda infeksion xəstəliklərin tez-tez verdiyi mənfi təsirlərdən uzaq olsun. Aşırı gigiyenik qaydalara riayət etmək uşağın müxtəlif mikroblarla görüşünün qarşısını alır və bununla da bu mikroblara qarşı immunitetin inkişafına mane olur. Uşaqlarınızın toplumda böyüməsinə, ətraf mühitlə əlaqədə olmasına icazə verin.

İmmun sistem ananın qarnında formalaşmağa başlayır. İlk aylarda zəif olur, lakin uşaq xəstələndikcə və immun hafizə əmələ gəldikcə uşaqları qoruyur. Ananın hamiləliyi, keçirdiyi stress, yediyi qidalar uşağın immunitetinin formalaşmasına təsir edir. Uşaq doğulduqdan sonra onun qidalanması, keçirdiyi infeksion xəstəliklər, fiziki vəziyyəti və sosial-ekonomik halı immun sisteminə təsir göstərən əsas faktorlardandır.

Eyni ailədə böyüyən əkiz uşaqlarda belə, immun sistemi müxtəlif ola bilər.

Uşaq 1 il ərzində 7-10 dəfə virus infeksiyası keçirə bilər. Bu, onun immunitetin aşağı olması demək deyil. Əksinə, bu zaman orqanizm daha da möhkəmlənəcəkdir. 2-5 yaşlar arasında olan uşaqların 80%-də keçirilmiş xəstəliklərin səbəbi virus infeksiyalardır. Bu infeksiyalar zamanı lazım olmadıqca təyin olunan antibiotiklər dəri, boğaz və bağırsaqdakı mikrofloranın pozulmasına və bilavasitə mikrob rezistentliyinə gətirib çıxarır.

Uşağın immunitetinin normal inkişafı üçün:

  • Doğulduğu gündən etibarən lazım olan peyvəndlərini edin.
  • Əllərini davamlı olaraq yumasını təmin edin. Xüsusilə həyətdən, məktəbdən gələndə əllərin yuyulmasının vacibliyini başa salın. Meyvə-tərəvəzi, xüsusən göy-göyərtini təmiz yuyun.
  • Uşağı rejimlə və bol vitaminli qidalarla qidalandırın. Protein, karbohidrat və yağlarla zəngin qidaları verməkdən başqa bol vitaminli meyvə və tərəvəzlərdən istifadə edin.
  • Bol-bol maye içirdin.
  • Yatmağı rejimlə idarə edin. Belə ki, uşaq orqanizmi üçün lazım olan bəzi maddələr, uşaq yuxuda ikən sintez olunur. Məsələn, melatonin adlı maddə buraya aiddir. Bu isə uşaq orqanizminin möhkəmlənməsində və boy atmasında böyük rol oynayır.
  • Mövsümə uyğun geyindirin. Uşağı isti saxlamaq onu sağlam etmək demək deyil. Uşaq otağının havasını tez-tez dəyişin. Qışda, payızda həyətə düşməyə qorxmayın. Yağış yağdıqda belə həyətə düşmək və uşağı hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır.
  • Otağın temperaturuna və nəmliyinə mütləq diqqət edin. Belə ki, kondisioner, kombilərin istifadəsi nəticəsində havanın quruluğu artır. Quru hava isə burun kirpiciklərinin hərəkətini məhdudlaşdırır. Bunun nəticəsində orqanizmə daxil olan mikroorqanizmlərə yol açılır. Kirpiciklər daxil olan mikrobların qarşısını ala bilmir. Buna görə otaqda qabın içinə su qoyulmasını tövsiyə edirik.
  • Məcbur olmadıqca insanlar çox olan məkanlara girməyin.
  • Yaşına uyğun idmanla məşğul olmasına şərait yaradın, oturaq həyat tərzindən, telefon və kompüterdən uzaq tutun.
  • Uşaqlara çimərkən soyuq duşla da yuyunmağı öyrədin. Belə ki, uşağa +20 və +35 dərəcə arasında dəyişən kontrast duş qəbul etməyi öyrədin.
  • Xəstəlikdən qorxmayın. 2-8 yaşı uşaqların mikroblarla tanış olub tez-tez xəstələndikləri bir dönəmdir. Bu yaş dönəmində uşaqların qida rejiminə, yuxunun sistemli olmasına və bədən aktivliyinin yüksək olmasına fikir verilməlidir.

Qidalanma haqqında bir qədər daha geniş danışmaq istəyirəm.

Yenidoğulmuş dövründə ən qiymətli qida ana südüdür. Ana südünü mütləq verin! Ana südünün tərkibində immunitetin yüksəlməsi və uşağın ilk aylarda xəstəliklərdən qorunması üçün xüsusi maddələr var.

Bir şeyi də qeyd edim ki, yaxşı qidalanmamaq immuniteti zəiflədirsə, köklük də orqanizmin immunitetin yetərli olmamasına gətirib çıxara bilən bir haldır.

Uşaq qidası meyvə və tərəvəzlə bol olmalıdır. Belə ki, qışda kələm, gül kələmi, brokolli, cəfəri, kök, balqabaq, ispanaq, yaşıl bibər tövsiyə edirik. Bu qidalar müxtəlif vitaminlər (A, E, D, C) və minerallarla  (maqnezium, kalium, selenium, zink və s.) zəngindirlər. Meyvələrdən isə portağal, limon və mandarin yeməyi məsləhət edirik. Belə ki, 1 portağal və 2 mandarin vitamin C-nin günlük miqdarını qarşılayır. Alma və kivini bura daxil etmək olar. Xüsusilə almanı zəncəfil ilə bişirib uşaqlara vermək çox xeyirlidir. Mayalı qidalardan qatıq, kefir, ayran tövsiyə edirik. Onlar probiotik və prebiotik ilə zəngindirlər. Allergiya qeyd edilmədiyi vaxtda isə uşağa bal, yumurta, inək südü və kalsiumla zəngin süd məhsullarından bolluca istifadə etməyi tövsiyə edirik.

Bu arada vitamin D-ni və günəş vannalarının qəbulunu unutmaq olmaz. Yenidoğulmuş uşaqlarda biz onu xüsusilə tövsiyə edirik.

Əziz xanımlar, uşaq üçün yeməkləri özünüz hazırlayın, konserv və hazır qidalardan uzaq olun.

Uşaqlar arasında dəmirdefisitli anemiya bəzən çox yayılır və bu da immunitetə təsir edir. Anemiyanın profilaktikası üçün dəmirlə zəngin qidaları (ət, bəhməz, kişmiş, yumurta və s.) bol-bol yemək tövsiyə olunur.

Son tədqiqatlar zink elementinin insan immunitetində böyük rolunu təsdiq edib. Zink elementinə noxud və ətdə rast gəlinir. Uşaqlarınızı rafinə olunmuş qidalardan mümkün qədər uzaq saxlayın.

Qidaları hazırlayarkən təbii yağlardan, məsələn, zeytun yağından istifadə edin.

Pediatr Gülnar Abdullayeva (saglamolun.az)

Uşaqların izləməli olduğu 5 film

İngiltərədə “Film Club” adlı cəmiyyətin mütəxəssisləri uşaqlara əsl film zövqünü aşılamaq məqsədilə valideynlər üçün film siyahısı təklif edir. Mütəxəssislər bildirir ki, uşaqlar bu filmləri izləyərkən bəzilərini anlamaqda çətinlik çəksələr də,  bu, onlara film mədəniyyəti aşılamasında köməkçi olacaq.

Bagcam.az olaraq həmin filmlərdən ilk beşliyi təqdim edirik:

1. Qırmızı şar

Fransız rejissor Albert Lamorissenin öz uşaqları ilə çəkdiyi filmin mövzusu belədir: Qəhrəman Paskal küçədə oynayarkən bir yerə ilişmiş qırmızı şar görür.  Şarı “xilas etdikdən” sonra onların arasında dostluq əlaqələri yaranır. Uşaq olmağı, uşaqlığın saf dünyasını göstərən film hər uşaqda dəyişiklik yaradacaq, onlara nələrsə qatacaq.

qirmizi_sar

2. Oliver Tvist

Oliver Tvist kimsəsiz uşaqdır və bir müddət sonra yetimxanadan qaçaraq qorxulu evə düşür. Ona göstərilən pis və ağır münasibət uşağın Londona qaçmasına səbəb olur. Bundan sonra hadisələr öz həyacanı ilə davam edir.

oliver

3. 34-cü küçədə möcüzə

Yeni il bayramı ərəfəsində Şaxta baba kimi işləməyə başlayan Kriss Kringl adlı ağ saçlı, ağ saqqallı baba iddia edir ki, əsl Şaxta Babadır. Gənc vəkil babanın yaxşı niyyətli olduğunu görüb onu məhkəmədə müdafiə edir. Bu film uşaqlara insanların inanclarında müstəqil olduğunu çatdırır.

34

4. Sehrbaz Oz

1939-cu ildən yayımlanmasına baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Film uşaqları əmisi və bibisilə birlikdə rəngsiz həyat sürən Dorotinin xəyal dünyasına aparır. Uşaqlar bu filmdən yeni dostlar qazanmağın gözəlliklərini, xəyal qurmağın əyləncəli olduğunu, cəsur olmağı və hər şey istədikləri kimi olmasa da, evlərinin nə qədər qiymətli olduğunu öyrədir.

sehr baz

5. Uşaq

Edna uşağı olduqdan sonra əri onu atıb gedir. Tək qalan qadın uşağına baxa bilmir və uşağını küçəyə qoyur. Təsadüfən onun uşağına rast gələn sevimli və mehriban Çarlinin ürəyi dözmür və uşağı yanında saxlayır. Beş il birlikdə yaşadıqdan sonra onların arasında güclü əlaqələr yaranır və onlar ayrılmaqda çətinlik çəkirlər.

the kid

Xarici dili uşaq necə asan mənimsəyə bilər?

dilUşaqlarda xarici dilə maraq müəyyən yaş dövründən, xüsusən də bağça yaşlarından (3-6 yaş)  başlayır. Xarici dil öyrənmək (rus, ingilis, fransız və s.) ilk dili öyrənməkdən fərqlidir, çünki artıq uşağın öz doğma dilində sistem halına düşmüş müəyyən bir söz bazası olur.

Bəs uşaq xarici dili necə asan mənimsəyə bilər?

Xarici dilin mənimsənilməsində iki üsuldan istifadə olunur. Yaş dövründən asılı olaraq ikinci dil eyni vaxtda və ya ardıcıl şəkildə öyrədilə bilər. Xarici dilin öyrədilməsinə uşağın temperament və ya motivasiyasından asılı olaraq istənilən yaşda başlamaq olar. İkinci dili öyrədən zaman başlanğıcda sadə sözlər, frazalar və ya bir sözdən ibarət cümlələrdən istifadə etmək lazımdır.

Xarici dilin öyrədilməsi eləcə də uşağın fərdi marağından asılıdır. Burada daha çox yeni sözlərin uşağa necə öyrədilməsi, mənimsəmə prosesində hansı əyani vəsaitlərdən (məs: şəkilli lüğət, kitab, kart, proyektor  və s. ) istifadə olunması nəzərdə tutulur. Uşaqda dilə maraq və ya həvəs yaratmaq üçün şəraitdən asılı olaraq dərs prosesində və ya ev şəraitində mahnılardan, nağıllardan (nağıl qəhrəmanlarını təsvir etmək), maskotlardan, kuklalardan, qısa cizgi filmlərdən, əyləncəli və  didaktik oyunlardan, eləcə də bu kimi digər fəaliyyətlərdən istifadə etmək lazımdır. Nəticədə isə uşağın xarici dilə marağı artacaq, yeni biliklərə yiyələnməkdən zövq alacaq və əylənərək öyrənəcək.

Xarici dilin mənimsənilməsində önəmli faktorlardan biri də uşağı məcbur edərək deyil, ona dili sevdirərək öyrətməkdir. Belə ki, indiki dövrdə belə hallara tez-tez rast gəlinir. Buna görə də bu kimi xoşagəlməz halların qarşısını almaq üçün əvvəlcə uşağın istəklərini müəyyən məhdudiyyətlər qoyaraq nəzərə almaq lazımdır. Daha sonra isə tədricən həvəsləndirici, qiymətləndirici üsullardan istifadə edərək uşağın dili həvəslə öyrənməsinə cəlb etmək olar.

Onu da qeyd edim ki,  istənilən xarici dilin mükəmməl səviyyədə qavranması üçün müəllimlə yanaşı valideynin də rolu böyükdür. Buna görə tədqiqetmə və tətbiqetmə prosesində müəllim və valideyn paralel şəkildə iştirak etməlidir. Belə olduqda isə  yüksək nəticə əldə etmək mümkündür.

Arzu Məmmədova

İngilis dili müəlliməsi

Bağçada uşaqlar valideyn rolunda çıxış ediblər

Deyirlər ki, insanın ən böyük sərvəti onun ailəsidir. Uşaqlara ailə dəyərlərinin ötürülməsi məqsədilə “Education Managment Network”ün tərkibində fəaliyyət göstərən “İndigo” uşaq bağçasında  “Ailə günü”  adlı tədbir keçirilib.

Tədbirdə  sağlam ailə modeli, valideyn-övlad münasibətləri, uşaqlarla səmərəli vaxtın keçirilməsi və bu kimi aktual  mövzulara toxunulub.

“İndigo” uşaq bağçasında müəllimə kimi çalışan Cəmilə Orucova tədbir haqqında Bagcam.az-a məlumat verib. Cəmilə xanım bir aydan artıq hazırlaşdıqları tədbirin ssenarisi haqqında danışıb:

“Bayramımız gördüyünüz kimi çox gözəl keçdi. Uşaqlar yaxşı hazırlaşmışdılar. Çox maraqlı mövzu seçmişdik. Biz bu bayramda çalışdıq ailələri birləşdirək. Nənələri, babaları, ataları, anaları dəvət etdik. Bayramın mövzusuna uyğun olaraq uşaqlarla ssenari qurmuşduq. Ailə, atayla, nənəylə, babalarla bağlı ssenari varıydı”.

Tədbirdə balacalar müxtəlif rəqslər, mahnılar və maraqlı səhnəciklərlə ailələri  qarşısında çıxış ediblər. Valideynlərin keçirilən yarışlarda iştirakı isə tədbirə xüsusi rəng qatıb.

Tədbirdə nəvəsi Aylini izləmək üçün Qazaxdan Bakıya gələn Şəhla xanım da xoş təəssüratlarını Bagcam.az-la bölüşüb.

“Bu gün uşaqların danışıqları,  bütün hərəkətlərin hamısı mənə böyük təəssürat bağışladı. Bu tədbirlərin onların gələcək tərbiyəsində,  insan kimi yetişdirilməsində, təfəkküründə böyük rol oynadığını bu gün hiss elədim”.

İncinin anası Vüsalə Əmirova bu tədbirin onun üçün ən gözəl hədiyyə olduğunu söyləyib:

“İncini səhnədə görmək mənə  çox xoş oldu. Onun özgüvənlə yeriməyi, şeir deməyi, sözləri ifadə etməyi məni çox rahatladır. Uşaqların inkişafı, həyatda fikirlərini ifadə etmək üçün balaca vaxtından bu səhnələr çox önəmlidir. Bugünkü tədbir də bu məqsədlə təşkil olunmuş tədbirlərdəndir. Hər şey çox gözəl idi”.

İki saatdan çox televizor izləmək astma yaradır

tvİngiltərə Glasgow Universitetinin alimləri  uşaqlarda televizor izləmə müddətinin bronxial astma inkişafı ilə bağlı olub-olmadığını araşdırıblar. Araşdırmaya görə, gün ərzində iki saat televizor izləyən uşaqların 6 faizində, gündə iki saatdan çox televizor izləyən uşaqların isə təxminən iki qat daha çox bronxial  astma  olma ehtimalı var.

Ən böyük fakt-hərəkətsizlik

Hərəkətsizlik, televizor izləyərkən yeyilən yeməklər allergiya və bronxial astma xəstəliklərinə səbəb olduğunu deyən Uşaq Allergiya, İmmünoloji və Uşaq Sinə Xəstəlikləri Mütəxəssisi Ahmet Akçay köklüyün ciddi xəstəliklərə səbəb ola biləcəyini də vurğulayıb.

Köklük və bronxial astma uşaqlıq çağının ən sıx görülən iki vacib xəstəliyidir.

Professor Həkim Akçay: “Köklüyün mexaniki, immünoloji təsirləri, hormonlardakı dəyişiklik, ortaq genetika, pəhriz və fiziki fəaliyyətlərin azalması astmaya səbəb olur. Köklük artıq yağ ilə sinəyə basqı edir. Sinə nahiyəsində yağ  yığılması ağciyərlərdə qan dövranına təsir edir, bronxların genişlənmə qabiliyyətini azaldır. Köklük yağ hüceyrələri astmaya səbəb olan bəzi maddələr yaradır. Bunların başında leptin hormonu gəlir. Köklük leptin miqdarını artırır və bu da ağciyərlərdə, broxlarda iltihaba səbəb olur. Köklük həmçinin, astmaya pis təsir edir, çünki qastro-ezofaqal reflyuks xəstəliyini artırır, bu da astmanı ağırlaşdırır. Yuxu pozulması, qanda yağ miqdarının artımı, təzyiq yüksəkliyi və şəkərə səbəb olaraq yenə astmaya pis təsir edir” – deyə əlavə edir.

Mənbə: doktorumbenim.com