Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası

Valideynlər uşaqları tərbiyə edəndə bir çox səhvlərə yol verir. Xüsusən erkən yaşlarda uşaqların özünə əminliyini artırmaq, şəxsi həyatlarında bacarıqlı olması istiqamətinə yönəltməkdə valideynlərin çiyinlərinə böyük yük düşür. Bu aspektdən edilən yalnışlıqları Bagcam.az Medicina.az-a istinadən təqdim edir.

Davamlı tərif etmək uşağı “gopçu” edir

Əgər uşaqlarınızı davamlı olaraq yerli-yersiz tərif yağışına tutursunuzsa, bu, ilk səhvdir. Bu vəziyyət uşaqlarınızın özlərini xüsusi hiss etməsinə səbəb olur. Aparılan araşdırmalar onu göstərir ki, mübaliğə edib uşağı yalandan tərifləsəniz, bu, onun psixologiyasına mənfi təsir edir.

Belə uşaqlar çətin vəziyyətlərdən çıxmaq üçün hər zaman bəhanələrə sığnarlar. Hətta valideynlərə yalan danışmağa çalışarlar. Hiylə etməyi və hər stiuasiyanı danışarkən şişirtməyə meyilli olurlar.

Uşaqlar kömək olunmadan da nəsə bacarmalıdırlar.

Valideynlər körpələrini böyüdərkən uşaqlara kömək məqsədilə daim müdaxilə edirlər. Bu vəziyyətlə onların problemlərini həll etmiş olduğunuzu düşünürsünüz. Lakin bu, heç də belə deyil. Hər dəfə problemlə qarşılaşanda kimdənsə yardım umacaq. Mütəxəssislər israrla bildirirlər ki, düzgün həyat tərzi üçün uşaqlarınıza öz ayaqlarının üstündə durmağı öyrədin. Onlara həmişə hər yerdə kimlərsə kömək etməli deyil.

Keçmiş səhvləri barədə onlara məlumat verməyin!

Sağlam düşüncəli uşaqlar özləri nələrisə bacarmaq, tək başına nələrəsə nail olmaq istəyirlər. Hər zaman bunu sınamağa ehtiyac duyarlar. Valideynlərin etməli olduğu iş isə onlara düzgün istiqamət verməkdir. Onların yaşında olanda etdiyiniz səhvləri övladlarınızla bölüşərək daha yaxşı qərar verməsinə kömək ola bilərsiniz. Lakin durmadan onların səhvlərini üzlərinə vurmayın.

Verilən nəsihətləri valideynlər tətbiq etmir

Valideyn olaraq övladlarınızın yaşamaq istədiyi həyatı formalaşdırmaq sizin məsuliyyətinizdədir. Cəmiyyətdə etik qaydalara riayət edin. Əgər hər hansı boşluq olarsa, əmin olun ki, bundan uşağınız da təsirlənəcək. Başqalarına qarşı ən xırda etik qaydalara da həssaslıqla yanaşın. Xeyriyyəçiliyin nə demək olduğunu onlara izah edin. Unutmayın, nə etsəniz uşağınız da onu modelləşdirəcək.

Zəkanı, bacarıqlı olmağı yetkinliklə qarışdırmayaq

Zəkalı olmaq uşaqların üstünlüyüdür. Lakin valideynlər bunu əksərən yetkinlik ölçüsü kimi qiymətləndirirlər. Elə bilirlər ki, uşaq artıq dünyanın hər bir çətinliyinə hazırdır. Əlbəttə ki, bu düşüncə tərzi tamamilə yalnışdır. Uşağınızın bacarıqlı olmağı onun hər sahədə təcrübəli olmağına dəlalət etmir.

Başqa uşaqların ondan daha bacarıqlı olduğunu daima dilə gətirsəniz, siz onun müstəqilliyini əlindən almış olursunuz. Şüuraltı olaraq o həmişə özünün bir pillə geri qaldığını və zəif olduğunu proqramlaşdıracaq.

Xoşbəxt uşaq böyütməyin 6 qaydası

Uşaqların tərbiyəsində qəti qaydalar yoxdur. Çünki hər uşağın özünəməxsus xarakteri olur. Sadəcə, analar bəzi məqamlara diqqət yetirməlidirlər. Uşaqların sözə baxan olması üçün uşaqla rəftarda bir sıra kiçik qaydalara əməl olunmalıdır.

Bagcam.az Medicina.az-a istinadən sizə tanınmış pedaqoq Syu Biverin “Xoşbəxt uşaqlar – xoşbəxt siz” adlı kitabında hazırladığı qaydaları təqdim edir:

Qayda 1. “Belə eləmə” əvəzinə “Belə elə” cümləsindən istifadə edin.
Məsələn: “Peçenye götürmə!” cümləsi əvəzinə “Mənə kömək et çay süzək və peçenye ilə çay içək” demək olar.

Qayda 2. “Bəsdir” əvəzinə “Davam et” cümləsini işlədin.
Məsələn: “Divarda şəkil çəkmə, al bu albom və karandaşları, burada çək”.

Qayda 3. Uşağı seçim qarşısında qoyun.
Məsələn: Nahar zamanı uşaqdan anası, yoxsa atası ilə oturmaq istədiyini soruşun.

Qayda 4. Onunla razılığa gəlin.
Məsələn: Oyuncaqlarını döşəmədən yığışdırsan, səninlə rəqs edəcəyik.

Qayda 5. Onların səviyyəsinə enin.
Məsələn: Yemək yeyərkən və ya oyun oynayarkən, onunla birlikdə hərəkət edə və ya onun etdiklərini təkrarlaya bilərsiniz.

Qayda 6. Onların fəaliyyətlərinə qoşulun.
Məsələn: Uşağı şam yeməyinə çağırırsınız. O sizə bir azdan gələcəyini söyləyir. Bu zaman uşağın nə işlə məşğul olduğuna baxın. Ona işini tamamlamasına kömək edin və birlikdə süfrəyə əyləşin.

Uşaqlarınızı geri qazanmağın yolları

“Vücudunuz yox deyirsə…” kitabının müəllifi həkim Matenin ən böyük oğlu səkkiz yaşına girəndə, əsəb keçirməsi valideynlərini o qədər narahat edirdi ki, onu dünyaca məşhur inkişaf psixoloqu olan Gordon Neufeldin yanına aparırlar. Neufeld, Mate və həyat yoldaşı Rae ilə danışdı. Oğulları Daniel ilə görüşdükdən sonra Neufeld onlara belə dedi: öz davranışlarını ələ almağı lazım idi. Mateyə görə bu həqiqətin üzə çıxması, “həm qorxutucu, həm də gücləndirici” oldu.

Təxminən 20 il sonra, bir yazıçı və həkim olan Mate, Neufeldin fikirlərinə əsaslanan bir kitab yazmaq üçün Neufeld ilə bir araya gəldi: Uşaqlarınıza dayaq olun. Niyə valideynlər qohumlardan daha önəmli olmalıdır? Kitab on beş fərqli dilə tərcümə edildi.

Yazıçıların, uşaqların yetişkin yaxınlığından uzaqlaşmaqda olduqları və bir növ itkin nəsil halna  gəldikləri görünüşü, xüsusilə ekran başında keçirilən artıq zaman və ya yeniyetməlik yadlaşmaları ilə mübarizə aparan valideynlərdə əks-səda oyandıracaq. Ancaq Mate və Neufeld, valideynlərin başa düşməsi lazım olan şeyin bu olduğunu zənn edirlər. Zorlayıcı davranışlar əslində, “davranış problemləri deyil, bir növ münasibət problemidir”.

Bu münasibət probleminin mərkəzində Neufeld və Matenin “həmyaşıd yönümü” olaraq adlandırdığı qavram var. Bəziləri həmyaşıdlara qarşı artan bağlılığı bir yetkinləşmə əlaməti olaraq görə bilər. “Əgər bu bağlanma, valideynlərə olan əsas bağın yerini alırsa, bu vəziyyət keçərli deyil”, deyir Mate. Bəs uşağınızı həmyaşıdları “ələ keçirərsə” nə edə bilərsiniz? “Onları geri qazanın”.

Qız on beş yaşında olarkən Matenin etdiyi şey bu idi. “Qızımı geri qazanmağa qərar verdim”, deyir. Bir münasibət tək tərəfli şəkildə nizamlana bilərmi? “Əsasən mənimlə vaxt keçirməklə elə də maraqlanmırdı, deyə etiraf edir Mate. Ancaq Mate onun yanında olmaq istəyir və qızı da çöldə yemək yemə fikrini sevirdi. Beləcə həftədə bir gün axşam yeməyinə çıxmağa başladılar. İllərlə bu yeməklərə davam etdilər. Zaman-zaman yeməklərin pis keçməsinə baxmayaraq,  növbəti həftə yenidən orada olduqlarını bildirir Mate. O axşam yeməkləri onlar üçün bir növ “müqəddəs yer” halına gəldi. Qızının tövsiyəyə ehtiyacı olduqda bunu atasına bildirməsi üçün illər keçdi. “Bu, lap əvvəldən onun etməsi lazım olan təbii bir şeydi”, deyir Mate, “Axır ki,oldu”.

Mate, “Uşaqlarınıza dayaq olun”u yazana qədər, kitabda bəhs edilən valideyn səhvlərinin hamısını şəxsən etdiyini deyir. “Həqiqətən hamısını etdim”.

Bu səhvlərdən bəziləri, –  istirahət cəzası vermək kimi-spesifikdir. Mate bu texnikəri “qorxuya  söykənən” üsullar olaraq görür və rədd edir. Digərləri arasında deyinmək, əsəbi və ya soyuq səs tonu istifadə etmək, qatı intizam anlayışına başvurmaq və ya uşaqlarınızla kifayət qədər zaman keçirməyə laqeyd yanaşmaq sayıla bilər.

Bəs valideynlər uşaqları ilə yenidən əlaqə yaratmaq üçün nə edə bilər? Mateyə görə işin açarı, təxminlərinizə əsaslanaraq yenidən bağ qurmaq və valideynliyi əldə olunması lazım olan bir mütəxəssis olaraq əks etdirən kitabları gözardı etməkdir. “O kitablar yararsızdır” deyir Mate

Bir valideynlik kitabının müəllifi tərəfindən gələn bu təklif gülməli kimi görünsə də, Mate, onun, və Neufeldin məqsədinin, gələn dünyagörüşlü hücumlar qarşısında “valideynlik instinktlərini təsdiq etmək” olduğunu deyir.

“Gecə ağlayan bir uşağı tək qoymaq, mənfi davranışlar sərgiləyən uşağı təcrid etmək kimi tövsiyələr, bir valideynin instinktlərini saymayan valideynlik təcrübəsi  nümunələrdir”, deyir Mate. “Analarla danışın və bunları edərkən necə etdiklərini görün. Bəli, edirlər. Amma özlərini necə hiss edirlər? Valideynlik mütəxəssisləri tərəfindən bir uşağın çarəsizliyi qarşısında öz daxili  səslərini eşitməzdən gəlmələri deyilir”.

Mövzunun özəyinə enərkən, instinktlərə dayanan valideynlik olduqca sabit görünür: Uşaqlarınızla kübar şəkildə danışın, qucaqlamağa hazır olun, onların yanında telefonunuzu çox istifadə etməkdən imtina edin, onlarla vaxt keçirin, yaxşı niyyətlərini təşviq edin. Təməl olaraq, özünüzü onlarla bir münasibət daxilində düşünün. “Valideynlik instinktlərinizə həqiqətən bağlısınızsa, bunları hərçənd edərsiniz”, deyir Mate. Ancaq uşaqlar böyüdükcə bu instinktləri izləmək bir yana, onların fərqinə varmaq belə çətinləşir.

Necə yenidən bağ qura bilərik?

Uşaqlarınızla bərabər olun: Oyandıqlarında, məktəbdən gəldiklərində, ailə yeməklərində, yatmağa getdiklərində onlarla zaman keçirin. Fərq yaradan şey, niyyət və fərqindəlikdir. İki dəqiqəlik bir zaman belə yenidən bağ qurmağınızı təmin edə bilər.

Dayanıqlığınıza nəzrət edin: Axşam yeməyi vaxtında çağırmaq və ya onlara mesaj göndərmək yerinə, yanlarına gedib onlarla danışın. Əgər buna sahib olduğunuzdan daha artıq enerji lazım olarsa; Mate bunun bir enerji problemi deyil, “bir dayanma problemi” olduğu söhbətində inadkardır.

Nəzarət etməyə çalışmayın, lderlik etməyə çalışın: Özünüzü daima uşağınızla bir çıxılmaz vəziyyətdə tapırsınızsa, “Mövzunu çətinləşdirməməyini daha yaxşıdır, çünki sadəcə mübarizə yaradarsınız”, deyir Mate və əlavə edir, “Nəzarət etməyin. Münasibətin yenidən inşası üçün çalışın”.

Mənbə: egitimpedia.com

 

Körpələrdə diareya – Susuzlaşma ciddi fəsad yarada bilər

Diareya – ishal, mədə-bağırsaq pozuntusu körpələr arasında çox geniş yayılmış vəziyyət olub, valideynləri çox narahat edib, dərhal tədbir görməyə vadar edir.

Diareyanın yaranmasının çox səbəbləri var. Uşağın qarnı ağrıyır, iştahı kəsilir, halsız olur, gündə 3-5 dəfə tualetə gedir.

Bagcam.az Medicina.az-a istinadən diareya zamanı hansı qidalanma və maye qəbulu rejimi seçilməsi barədə əsas məqamları təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gündə diareya 3-5 dəfə tualetə getmək hesab olunur.

Kəskin diareya bir neçə gündən 1-2 həftəyə kimi, xroniki diareya isə 2 həftədən də çox davam edən haldır.

Pediatrlar tualetə getmə epizodlarına görə diareyanın təsnifatını belə təyin ediblər:

-2-5 duru stul – yüngül diareya
-6-8 dəfə stul – orta dərəcəli diareya
-10 və daha çox defekasiya ağır diareya

Körpələrin qida rejimi aylara görə dəyişdiyindən və müxtəlif sıyıqlardan, qarışıqlardan ibarət olduğundan onlarda diareya riski yüksəkdir.
Diareya sadəcə qarının getməsi, ishal deyil, o uşağın orqanizmində hər hansı problemin olmasına işarədir. Valideynlər diareyaya dırnaqarası baxmamalı, diqqətli olmalıdırlar.

Əgər körpənin bezini dəyişəndə orda çox bərk nəcis və çoxlu tünd, bulanıq maye görürsə, deməli, diareya başlayıb.
Duru nəcis qarında spazm və ağrılar verir, bu sancılar mədəyə kimi təsir edir.

Bu hallarda isə uşağı mütləq həkimə göstərmək lazımdır:

-Nəcisdə qara, qəhvəyi qalıqlar, qan
-Uşaq bütün günü yatır, gözünü açmaq istəmir
-Nəcisin rənginin çox qara olması
-Uşaq 7-8 saatdır sidiyə getmirsə
-Temperatur varsa

Bütün bu hallar orqanizmin su itkisi riski ilə üz-üzə qaldığını göstərir.

Necə müalicə olunur?

Maye qəbulu rejimini artırmalı. Peroral regidratasiya məhlulları həm içirilə bilər, həm sistem şəklində venaya vurula bilər.
Həkim qan, sidik, nəcis analizi təyin edir. Onun nəticəsinə əsasən diareyanın səbəbini tapmalıdır. Ondan sonra terapiya növü seçir.

Antibiotiklər diareyada effektiv deyil. Əksinə bağırsaq mikrolflorasını daha da pozur. Aptekdən özbaşına ishal əleyhinə toz, dərman almaq yolverilməzdir.

Qidalanma

Diareyalı uşağa banan, suda bişmiş yağsız düyü, suda bişmiş cücə əti, toyuq bulyonu, alma püresi, kök, suda bişmiş karfof, çuğundur verilə bilər.
Diareya zamanı uşaq orqanizmi çox faizdə natrium itirir. Ona görə uşağa duzlu kəsmik, duzlu ayran və ya azca duz həll olunmuş su verilməsi mütləqdir.
Əgər uşaq ana südü və ya süni qida qəbul edirsə, həkim müvəqqəti olaraq müalicəvi süni qidalar təyin edir.

Ola bilər diareya allergik mənşəli olsun. Qida allergiyası zamanı allergen ərzaqlar, yeməklər qidadan çıxarılır, laktozaya allergiya varsa, süd məhsulları verilmir.

Diareya pəhrizində bu qidalardan müvəqqəti imtina olunur: süd məhsulları, yağ, pendir, qızardılmış yemək, şəkərli qidalar, pirojna, konfet, paxlalılar, kələm, qazlı içkilər, meyvə şirələri.

Diareya tam aradan qalxdıqdan sonra tədricən əvvəlki qidalanmaya qayıdılır.

Susuzlaşma ölümə də səbəb ola bilər.

Sürətlə, massiv olaraq elektrolit, duz və maye itkisi orqanizmi susuzlaşdırır. Uşağın dərisi, ağzı quruyur, sidik ifrazı pozulur. Uşaq ağlayanda gözündən yaş çıxmır. Gözləri yumulur. Diareya vaxtında tədbir görülmədikdə uşağın vəziyyətini kritik həddə çatdırıb, onun hospitalizə olunmasına gətirib çıxarır. Bu hala yol verilməməsi isə valideyndən çox asılıdır.

Uşaqların inkişafında teatrın rolu

Yazımıza “uşaqlar görərək və gördüklərini təkrar edərək öyrənirlər” deyərək başlasaq, teatrın uşaqların inkişafında nə qədər təsirli vasitə olduğunun vurğusunu ən yaxşı şəkildə etmiş olarıq. Teatr tamamilə görüntü ilə bağlı sənətdir və uşaq inkişafında önəmini artıran ən önəmli xüsusiyyəti də izləyənlərin qarşısında canlı nümunənin olmasıdır.

Dram dərsi keçən şagirdlərlə edilmiş araşdırma nəticəsində teatr və şagirdlərin əlaqəsini öyrənmiş olarıq. Belə ki, dərsdə həkimə getməkdən qorxan uşaqlara xəstəxana hekayəsi səhnələşdirmək tapşırığı verilir. Real olmadığını bilən xəstə rolundakı uşaqlar rahat hərəkət etmiş və əslində, qorxmağa səbəb olacaq bir insanın olmadığının fərqinə varmışlar. Daha sonra xəstəxanaya gedən şagirdlərin bir o qədər qorxmadıqları müşahidə olunmuşdur.

Uşaqlarınızın həm çox əyləndiyi və xoşbəxt olduğu, həm də ən çox bilik və bacarığı öyrəndiyi oyun zamanlarını səmərəli keçirmələri üçün səhnələşdirmə oyununu oynamağınızı tövsiyə edərdim. Qaldı ki, günümüzün ən dəyərli anlayışı olan zamanı faydalı istifadə etmək və onsuz da, günlük həyatda daim məşğul olmaq səbəbilə vaxt ayıra bilmədiyimiz uşaqlarımızla keyfiyyətli zaman keçirmək üçün belə bir terapiyaya ehtiyacınız ola bilər.

Bəs  bu tamaşaların daha hansı faydaları var?

  • Uşaqlarınızın həyatı öyrənmələrində ən önəmli vasitələrdən biri olan yamsılama bacarıqları inkişaf edir;
  • İzləyərək və müşahidə edərək insan tiplərini öyrənirlər;
  • Qorxuları ilə üzləşə bilirlər. Teatr vasitəsilə qorxduqları şeyin realda heç də qorxulu olmadıqlarını özləri anlayırlar;
  • Cəmiyyət içində davranış qaydalarını öyrənirlər;
  • Dram dərsləri sayəsində bir bütünün parçası olmağı öyrənirlər. Vəzifə anlayışları inkişaf edir;
  • Köməkləşməyi və dostlarına kömək etməyi öyrənirlər;
  • Özlərinə olan güvənləri artar;
  • Nitq qabiliyyətləri artar;
  • Kommunikasiya bacarıqları inkişaf edər;
  • Yaradıcılıq və problemi həll etmək bacarıqları inkişaf edər.

Mənbə: www.okuloncesihersey.net

 

Müjdat Ataman: Səsiniz Dərsinizdir

Ritmik axın daim dövr edən və həyati məna kəsb edən məsələdir. Ritmik axına yoldaşlıq edən instrumentlərdən biri səsimizdir.  Sinfə daxil olarkən müəllimə yoldaşlıq edən instrumentlər isə səsi və bədən dilidir. Müəllimin bu instrumentlərdən doğru istifadəsi dərsin ritminə birbaşa təsir edir.

Şagird olduğunuz müddətdə heç olubmu ki, dərsdə yatmısınız, yaxud bunu edən sinif yoldaşlarınız olubmu? Xüsusi bir səbəb yoxdursa, dərsdə yatmağınızın tək bir səbəbi var, o da müəllimin ritminin yuxu rejiminə keçməsidir. Tək formada dərs başa salmaq, səsdə qəribə eynilik, sinfin havalandırılmaması və get-gedə oksigenin azalması yuxuya keçişi artıran səbəblərdəndir.

Səs sinifdəki şagirdlər və müəllim üçün də ən önəmli nüanslardan biridir. Yüksəlməyən, alçalmayan, dəyişməyən səs tonu diqqətə təsir edəcək və dinləyənləri dərsdən ayıracaq. Amma bu, o demək deyil ki, daim yüksək səslə danışmaq lazımdır. Sinifdə şagirdlər sizi dinləsin deyə səsi yüksəltmək təcrübənin ilk illərində bir çox müəllimin etdiyi səhvdir. Sinifdə uğultu çoxaldıqca müəllim səsini daha çox yüksəltməyə başlayır. Təəssüflər olsun ki, hələ də dinlənilmək üçün yüksək səslə danışmalı olduğunu düşünən çox müəllim var. Bərabər işlədiyim müəllimlərdən biri sinifdə maksimum şəkildə sakit tonda danışırdı. Bu sayədə şagirdlər müəllimi dinləyə bilmək üçün sinifdə səssiz olurlar. Səsin dərs istiqamətində dəyişməsi, diqqətçəkici anlarda müəllimin səsi ilə sinfi idarə edə bilməsi və səsinin üstündə düşünməsi daha faydalı ola bilər.

Səsdən düzgün istifadə etmək şagirdləri dərsə cəlb etmək, dərsdəki eniş-yoxuş anlarını şagirdlər üçün anlaşıla bilən etmək şəxsi geridönüşləri daha faydalı hala gətirmək baxımından önəmlidir. İllər öncə akademik ağırlığı çox olan bir məktəbdə işləyərkən imtahandan zəif nəticə göstərən şagirdlər dərsdən əlavə hazırlıqlara qalırdılar. Bütün günün yorğunluğu bir tərəfə, hələ dərsdən əlavə də hazırlıq keçən şagirdlər üçün eynilik artıq sıxıcı gəlir və hazırlıq mövzularına olan maraqlarını öldürürdü. Buna görə də Türk dilini yeni öyrənmiş biri kimi ilk dərsə girdim: “Salam, siz, deyəsən, kəsr mövzuları başa düşmədi, ona görə bu gün buradadır. İndi mən siz başa salacaq bu mövzu bir daha”. Bütün gün gördükləri eyni tip müəllimlərdən sonra şagirdlər bu bəsit dəyişikliyi gülümsəyərək qarşıladılar. Bunu hər dərs fərqli üsullarla icra etdim: hətta bəzən müxtəlif bölgə ləhçələrindən istifadə etdim.

Sadə kimi görünən bu sınaqları yenilədikcə bunların dərsdə təsirli olduğunu müşahidə etdim. Üzərində bir az da çalışaraq artıq tək müəllim olmayıb fərqli obrazları da “mən” olaraq dərsə sala bildim.

Mənbə: www.egitimpedia.com

Müjdat Ataman: Sinif dizaynı

Hazır geyim, ev dekorasiyası, idman avadanlıqları və başqa sektorlar üçün önəmli sahələrdən biri də vitrin dizayn etməkdir. Vizual qaydaya salma atelyelərinə rəğbət olduqca yüksəkdir. Satış sektorunda olanlar diqqətçəkici vitrinlərin satışa nə qədər təsir etdiyinin fərqindədir. Diqqətçəkici vitrin, əslində müştərisinə də ilk qarmağı atır və bu qarmaq satışa dönmə ehtimalını artırır.

Müəllimin sinifdəki rolları üzrə oxuduğum yazıda dost, rəhbər, ana-ata rolundan başqa “satıcı” sözünə rast gələndə təəccüblənmişdim. Həqiqətən də müəllimin bəlkə də üzərində heç düşünüb danışmadığımız ən önəmli rolu satıcılıq ola bilər. Dərsə girəndə planladığı məlumat-bacarığı tələbələrə verməyə çalışan adam müəllimdir. Biz şagird olarkən məlumata çox uzaq idik. Bəlkə də buna görə müəllimin planladığı dərsdəki məlumatları almaq üçün səy göstərirdik. Müəllimin bizə məlumat çatdırması üçün xüsusi bir şey etməyinə də ehtiyac qalmırdı. Halbuki məlumata çatmağın bu qədər asan olduğu zamanda şagirdlərə məlumat və ya bacarığı təqdim etmək üçün yaxşı satıcı olmaq lazımdır.

Sinfin içinin, divarlarının öyrənməyə uyğun olaraq dizayn edilməsi öyrənməyə dəstək olacaq. Məsələn, Dünya və Kosmos mövzulu bir dərsə keçid edirsiniz. Sinfin qara bir qurşaqla örtüldüyünü və Günəş sisteminin bu sinfin tavanında yaradıldığını xəyal edin. Belə bir sinifdə Günəş sisteminə dair povestlər daha təsirli olacaq. Sinfin güvənli və xoşbəxt bir öyrənmə məkanına dönüşməsi və şagirdləri motivasiya edəcək məkanı yaratmaq üçün “sinif dizaynı” istifadəsi yaxşıdır.

Sinif dizaynının yalnız dekorativ bir məqsədi ola bilər,  eləcə də sinifdə xüsusi sahələr yaradıla bilər. Məsələn doğum günü guşəsi, sinif statistikası guşəsi, şagird şkaflarının kimə aid olduğunu göstərən tanıdıcı işarələr və s. sinfi bir səhnə olaraq gördüyümüzdə bu səhnənin dizaynı da önəmli olacaq. Necə ki, bir teatr oyununda səhnə dekoru, oyundakı dramatik quruluşu gücləndirirsə, sinifdə ediləcək vizual  tənzimlənmə də sinifdəki öyrənmə mühitinə dəstək olacaq. Məsələn, təbii fəlakətlər mövzusunu işləyəcək müəllimin sinif mühitinə asacağı posterlər, öyrənmə xəritələri, maraq artıracaq sual lövhələri, təbii fəlakətlərlə bağlı afişalar mövzu ilə bağlı öyrənməyə qatqı yaradacaq.

Sinifdə yaradılan oxuma guşəsi, kitabların sərgilənmə formaları, sinif yaş səviyyəsinə uyğun olaraq asılan hərflər, rəqəmlər, elementlər, xəritələr və məlumatlandırma lövhələri ya da bənzər guşələr və dizaynlar şagirdlər üçün diqqətçəkici ola bilər. Şagirdlərin məhsulları da onlara verilən dəyəri göstərə bilmək baxımından sinifdə sərgilənə bilər.

Günün karikaturası, həftənin tapmacası, çətin suallar, bunları bilirdinizmi? kimi bölmələr yaradılaraq şagirdlərin sinifdə boş olduqları zamanlarında maraqlana biləcəkləri məkanlar yaradıla bilər. Həftənin axışı, dərslər, ayın menyusu, rutinlər, sinif üçün məsuliyyətlər və s. tablolar sərgilənə bilər. Layihə ya da oxşar kontrol məqsədli çalışmalar edilirsə, bunların kontrol cədvəlləri də sərgilənə bilər.

Sinif dizaynı yaratmağı bir məkanın bütöv olaraq tənzimlənməsi olaraq düşünə bilərik. Şagirdlərin aktiv olaraq evdən daha artıq zaman keçirdikləri sinif otaqlarının ətraf mühit dizaynı birbaşa öyrənməklə, güvənlə, həyəcanla əlaqədardır. İllər içində diqqətli, həyəcanını itirməmiş, daxili intizamı yüksək müəllimlərin etdikləri toxunuşlarla siniflərində öyrənməyi dəstəklədiklərinə şahidlik etdim.

Mənbə: egitimpedia.com

Mükəmməl ata olmaq üçün…

Mükəmməl ata və övlad münasibəti yaratmaq istəyirsinizsə, məsləhətlərimizi diqqətlə oxuyun.

Onunla söhbət edin

Övladınızla bağınızı gücləndirmək istəyirsinizsə, onunla həmsöhbət olmalısınız. Onun problemlərini öyrənin, problemlərini həll etmək üçün ona dəstək olun. Sadəcə suallarını cavablandırmayın, onunla maraqlanın. Dostlarını, məktəbini, bütün gününün necə keçdiyini soruşun. Onu dinləməyi öyrənin.

Ona dəyər verdiyinizi göstərin

Övladınızı sevdiyinizi ona göstərməlisiniz. Onu çox sevdiyinizi söyləməkdən heç vaxt çəkinməyin. Mükəmməl ata və övlad münasibəti yaratmaq istəyirsinizsə, onunla çox vaxt keçirin. Ona hədiyyə almağı unutmayın.

Onu həyata hazırlayın

Onu həyata hazırlayarkən, bir nümunə olduğunuzu unutmayın. Övladınız qız və ya oğlan olmasının fərqi yoxdur, nümunəvi bir insan olmağı unutmayın. Sevmədiyiniz xüsusiyyətlərinizi azaltmağa çalışın. Ona qarşı mehriban və mədəni olun.

Sərhədlərinizi müəyyənləşdirin

Yaxşı ata olmaq həmişə “hə” demək deyil. Bəzən ona “xeyr” deməyi də bacarın.

Mənbə: qadin.net

“Uşağı şirinçayla böyütmək olmaz”

Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir. Mütəxəssislər uşaq orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirinçaya öyrəşdirməsini ciddi səhv adlandırıb:

“Şirinçay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə də uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır.

Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər”.

Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir?

“Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq.

Xüsusən şirinçayla dolanan uşaqlarda çox kəskin iştahsızlıq olur. Valideyn müraciət edəndə deyir: uşağım heç nə yemir. Menyunu soruşuruq, araşdırırıq, sonda məlum olur ki, yemək yemirdi, ana da bir stəkan şirin çay verirdi.

Bir çox ana gecə yuxusuna haram qatmaq istəmir. Əgər gecə uşağa şirinçay versək səhər işdahsızlıq yaranır.
Uşaqlarda obezete, yəni piylənmə əmələ gəlməyə başlayar. Çünki onlar asan mənimsənilən karbohidratı orqanizmə daxil edir.

Şirinçay əmziklə əmizdirildikdə dişlərin çox tez çürüməsinə, kariesin əmələ gəlməsinə, süd dişlərinin vaxtından əvvəl düşməsinə səbəb olur. Bu da arzuolunmayan bir vəziyyətdir. Bu halda uşaq ağzında yeməyi yaxşı çeynəyə bilmir, çeynəmədən udulan qidalar isə mədədə problemlərə yol açır. Ümumiyyətlə nəinki gecə, gündüz də şirinçay tövsiyyə olunmur”.

“Bu məlumat mənə harada lazım olacaq?” sualına necə cavab verməliyik?

İngilis dili dərsində qarışıq bir proyektlə bağlı məlumatlandırma xarakterli dərs keçərkən şagirdlərdən biri rişxəndlə gülümsəyərək soruşdu: “Müəllimə, bunu məktəbdən başqa yerdə nə vaxt istifadə edəcəyəm ki?”

“Bu” deyə bəhs etdiyi şey 1 ay ərzində daha da təkmilləşdirmək üçün üzərində çox çalışdığım dərs mövzusu idi. Ağlıma ilk gələn cavab “Bəs beynini istifadə edəcəksən?” oldu, amma o an şagirdimin gözlərinə baxıb heç gözləmədiyi bir cavab verdim: “Möhtəşəm sualdır!”

Bu sualı qəbul etmək müəllimlər üçün çətin ola bilər. Dərslərimiz illərcə davam edən tədris və təcrübənin nəticəsi olaraq ortaya çıxır və bəlkə də bu haqqımızın sorğulanması əsəbpozucudur. Bununla yanaşı, bu mövzunu işıqlandırmaq bir müəllim kimi həm mənim, həm də şagirdlərimin təhsil həyatları üçün çox faydalı oldu.

Sual sayəsində dərslərin real həyatla əlaqəsi üzrə baş yorduqca bunun bir çox tərəfdən sinifdə faydalı vasitə kimi istifadə olunacağını gördüm. Birincisi, şagirdlərin analitik düşünmə bacarıqlarının olduğunu göstərir. İkincisi, sualı tam olaraq cavabladığım təqdirdə şagirdlərin sinifdaxili fəaliyyətləri ilə məktəbdən kənar həyatları arasında əlaqələri açıqca görə bildiyini və bu sayədə öyrəndiklərini sahiblənmə prosesinin daha güclü getdiyini gördüm.

Digər dərslərdən nümunələr

Həndəsə: Tutaq ki, ev tapşırığı öyrənilmiş bir düsturdan istifadə edərək üçbucağın sahəsini hesablamaqdır. Bu informasiyanı gələcəkdə də istifadə edilmək ehtimalı bu halda olur: Kimsə bir evin çölünü rəngləmək istədiyi zaman sahəsini hesablamaq məcburiyyətində ola bilər. Və tam ölçüləri bilmək o insana həm pul, həm də zaman qazandırar.

Tarix: Tapşırıq şagirdlərin Amerika İnqilabı dövründə keçən hadisələri ən əhəmiyyətsizindən ən əhəmiyyətlisinə doğru sıralamaqdır. Bunu edərkən səbəbləri açıqlaması müəllim tərəfindən seçkilərdə səs verməklə əlaqələndirilə bilər. Səs verməyə başladığı zaman şagirdlərin ən çox diqqət etməli olduğu mövzuları dəyərləndirə bilməkləri gələcəkdə özlərinə ən uyğun namizədi seçməklərinə imkan yaradacaq.

Biologiya: Tapşırıq budur ki, bir sıra orqanizmi doğru aləmə, sinfə, fəslə, ailəyə, cinsə və növə görə sıralamaq lazımdır. Sıralamaq və kateqoriyalara ayırmaq paltarları ayırmaqdan iş masasını səliqəyə salmağa; həkim qəbulu almaqdan iclaslara hazırlanmağa qədər hər mövzuda istifadə olunan ən vacib bacarıqlardandır.

Nəticədə, mövzu nə olursa, olsun, “Bu informasiyanı nə vaxt istifadə edəcəyəm?”  sualını ciddiyə almaq öyrənilən mövzunun dəyəri haqqında şagirdlərlə dərin və mənalı söhbətlərin aparılmasına yol açar.

Mənbə: www.edutopia.org