Uşaqlara büdcə idarə etməyi necə öyrətmək lazımdır?
Əvvəlcə uşaqla ehtiyacları haqqında danışmaq lazımdır. Büdcə anlayışını və harada dayanmalı olduğunu öyrənməlidir. 7 yaşından uşağa müəyyən miqdarda pul verib, idarə etməsini öyrətmək lazımdır. Məqsəd uşağa öz ehtiyacları haqqında qərar vermə məsuliyyəti qazandırmaqdır.
Onlara pul verərkən bunlara diqqət edin:
- Onlara pul hər gün verilməlidir.
 - Hər il bu pulun miqdarı artırılmalıdır.
 - Pulu harada istifadə edə biləcəyi, nəyə xərcləyəcəyini danışmaqla birlikdə, gündəlik ehtiyaca çox az pul ayırmasını istəyə bilərsiniz.
 - Ailənin maddi vəziyyəti yaxşı olsa belə, uşağa çox pul verilməsi onun üçün zərərli ola bilər.
 - Çox pulla məktəbə gedən uşaq, digər böyük sinif uşaqlarının hədəfinə çevrilə bilər.
 - Ailə pulun hara xərcləndiyini mütləq izləməlidir.
 
Mənbə: qadin.net
					