Uşaqların tərbiyəsində qəti qaydalar yoxdur. Çünki hər uşağın özünəməxsus xarakteri olur. Sadəcə, analar bəzi məqamlara diqqət yetirməlidirlər. Uşaqların sözə baxan olması üçün uşaqla rəftarda bir sıra kiçik qaydalara əməl olunmalıdır.
Bagcam.az Medicina.az-a istinadən sizə tanınmış pedaqoq Syu Biverin “Xoşbəxt uşaqlar – xoşbəxt siz” adlı kitabında hazırladığı qaydaları təqdim edir:
Qayda 1. “Belə eləmə” əvəzinə “Belə elə” cümləsindən istifadə edin.
Məsələn: “Peçenye götürmə!” cümləsi əvəzinə “Mənə kömək et çay süzək və peçenye ilə çay içək” demək olar.
Qayda 2. “Bəsdir” əvəzinə “Davam et” cümləsini işlədin.
Məsələn: “Divarda şəkil çəkmə, al bu albom və karandaşları, burada çək”.
Qayda 3. Uşağı seçim qarşısında qoyun.
Məsələn: Nahar zamanı uşaqdan anası, yoxsa atası ilə oturmaq istədiyini soruşun.
Qayda 4. Onunla razılığa gəlin.
Məsələn: Oyuncaqlarını döşəmədən yığışdırsan, səninlə rəqs edəcəyik.
Qayda 5. Onların səviyyəsinə enin.
Məsələn: Yemək yeyərkən və ya oyun oynayarkən, onunla birlikdə hərəkət edə və ya onun etdiklərini təkrarlaya bilərsiniz.
Qayda 6. Onların fəaliyyətlərinə qoşulun.
Məsələn: Uşağı şam yeməyinə çağırırsınız. O sizə bir azdan gələcəyini söyləyir. Bu zaman uşağın nə işlə məşğul olduğuna baxın. Ona işini tamamlamasına kömək edin və birlikdə süfrəyə əyləşin.