Məktəblərin açılması ilə uşaqların məsuliyyəti artdı. Hər gün yanlarında aparmalı olduqları çantalar bəzi duruş pozuntularına səbəb olur. Onurğada əyrilik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox rast gəlinir.
Uşaqlarda onurğa əyriliyinin qarşısını almaq üçün tövsiyələr:
- Yeniyetməlik dövrü başlamadan əvvəl uşaqlara idman vərdişi qazandırılmalıdır;
- Masa başında və ya kompüter qarşısında oturan uşaqlara dik oturmalı olduqları xatırladılmalıdır;
- İstifadə etdikləri çanta bədən ölçülərinə uyğun olmalıdır;
- Artıq çəki onurğa əyriliyinə səbəb olduğuna görə, düzgün qidalanmağa diqqət edilməlidir;
Mənbə: Qadin.net