Artıq valideynlər ana dili ilə yanaşı uşaqların çox kiçik olduğu dövrlərdən ingilis dilini öyrənə bilmələri, heç olmasa gələcəkdə ingilis dilinə yatqınlığının olması üçün çalışırlar. Uşaqların dil öyrənməsi əvvəlcə kəlmələr, sonra kəlmə qrupları, son olaraq isə cümlə qurmağı öyrənmək ardıcıllığında davam edir. Ancaq hər uşağın danışıq bacarığını inkişaf etdirməsi onun qavrama müddətindən asılıdır. Bəzən sürətli, bəzən yavaş olan bu müddətdə uşağın ikinci bir dil öyrənməsinə kömək etmək üçün onun zamanına və sürətinə görə üsul müəyyənləşdirmək məsləhətlidir. Uşağın 2 yaş ingilis dili təlimi ilə 4 yaş ingilis təlimi eyni olmayacaq. Bəs nələr edilməlidir?
Uşağınız ingilis dilinə məruz qalsın!
Uşaqlar üçün ingilis dili təliminə 3 yaşından əvvəl başlamağın vacibliyini vurğulayırıq. Bunun üçün uşağınızın ana dili xaricində ingilis dilində danışılan bir mühitdə olması yararlı ola bilər. Məsələn 0-3 yaş arasındakı uşaqlara tez-tez ingilis dilində cizgi filmlərə baxdırmaq, laylalara qulaq asdırmaq faydalı üsuldur. Bu vasitə ilə kəlmələr uşağınıza yavaş- yavaş tanış gəlməyə başlayacaq.
Heç sıxılmadan dəfələrlə kəlmələri təkrar edin
Uşağınız kəlmələri öyrənməyə başladığı dövrlərdə, ana dilini öyrəndiyi kimi təkrarlar çox önəmlidir. Təkrarlar ilə birlikdə uşağınızın kəlməni ağlında tutması və daha yaxşı öyrənməsi mümkün olur.
Fərqli vəziyyətlərdə tez-tez təkrarların olması uşağın o kəlmənin nə olduğuna dair qavrayışını qüvvətləndirir. Məsələn, uşağınıza ağzını açması, ya da gözlərini bağlaması ilə əlaqədar bir şey dedikdə, açmaq və bağlamaq sözlərinin mənalarını qavraması vaxt alacaq. Lakin bu sözləri kitab qapağını bağlamaq və düyməni basmaq kimi misallar üzərindən gördükdə öyrənməsi asanlaşacaq.
Eyni vəziyyət ingilis dili üçün də keçərlidir. Bir kəlməni dəfələrl’ təkrarlamalı və fərqli vəziyyətlər üzərindən də nümunələməyə çalışılmalıdır. Bu səbəbdən də ingiliscə uşaq mahnılarına qulaq asdırmaq köməklik edəcək.
Həm əyləncəli, həm öyrədici kəlmə oyunları oynayın
Uşağınızla kəlmə oyunları oynaya bilərsiniz. Beləliklə uşağınız ingilis dilini öyrənərkən bir yandan da sizinlə əyləncəli vaxt keçirmiş olar. Bu mənada ingilis dili öyrətməyi bir dərs kimi görməməyin və onun üçün də dərs halına çevirməməyin önəmlidir. Hər gün fərqli kəlmələr və feillər öyrətmək üçün onun oyuncaqlarından da istifadə edilə bilər.
Mənbə: anneysen.com