May ayının 25-də “İndigo” uşaq bağçasında şahmat üzrə bağçalararası yarış keçirilib.
“Education Management Network”un (EMN) təşkilatçılığı ilə baş tutan yarışda “Baby Star” “İndigo” Əhmədli və “İndigo” Nərimanov uşaq bağçalarının balacaları mübarizə aparıb.
Ümumilikdə 58 uşağın iştirakı ilə keçirilən yarış haqqında Bagcam.az-a EMN-in şahmat üzrə məşqçi-müəllimi Pərviz Həsənov məlumat verib:
“Yarış iki mərhələdən ibarət idi. İlk mərhələ uşaq bağçalarının özlərində olub. Keçirilən yarışlardan ikinci mərhələyə ən güclü uşaqlar seçilib. Qızlar 4 və 6 yaş, oğlanlar isə 5 və 6 yaş kateqoriyasında kubok, medallar uğrunda mübarizə aparıblar. I yerin sahibi qızıl, II yerin sahibi gümüş, III yerin sahibi isə bürünc medallarla təltif edilib”.
İlk mərhələdən uğurla keçən uşaqlar bu dəfə yarımfinal və final mərhələsi üçün yarışıblar. Finala 12 uşaq vəsiqə qazanıb.
Belə ki, 5 yaş kateqoriyasında III yeri “Baby Star” uşaq bağçasından Ağalar Quluzadə, II yeri uşaq bağçasından Rəvan Əkbərli, I yeri “İndigo” uşaq bağçasından Rəcəb Əsədli qazanıb.
6 yaş kateqoriyasında isə qaliblər belə sıralanıb: III yer uşaq bağçasından Teymur Hacıyev, II yer “Baby Star” uşaq bağçasından Amal Əsədov, I yer “Baby Star” uşaq bağçasından Əsgər Nemətli.
Qızlar arasında keçirilən yarışlarda da gərgin mübarizə gedib.
Belə ki, uşaq bağçasından Nailə Məlikova III, Nigar Mövlanlı II, Dəniz Əkbərli isə I yerdə qərarlaşıb.
Yarışda, həmçinin komandalar da medal və kuboklarla təltif edilib. Medalların sayına görə uşaq bağçası I, “Baby Star” uşaq bağçası II, “İndigo” uşaq bağçası isə III yerə layiq görülüb.
Sonda isə bütün iştirakçılara xatirə diplomları təqdim edilib.
Yarışdan fotoları təqdim edirik:
[maxgallery id=”5484″]