Mütəxəssislərin fikrinə görə, uşaqların məntiqi təfəkkürünün inkişafı üçün bağça yaşından başlayaraq onlarda ilkin riyazi təsəvvürlər yaranmalıdır. Bura say, miqdar, həcm, forma, məkan və zaman anlayışları daxildir. Erkən yaşlardan riyazi biliklərə yiyələnən uşaqlar sonrakı təhsil həyatında təkmilləşən riyazi anlayışları asanlıqla mənimsəyirlər.
“Education Management Network”a daxil olan uşaq bağçasında davamlı olaraq riyaziyyat dərsləri təşkil edilir. Bagcam.az burada keçirilən riyaziyyat dərsinin video çarxını Sizə təqdim edir: