Uşaqlarda tualet vərdişi 2 yaşından başlayır. Lakin bir çox valideynlər bu vərdişi uşaqlarına aşılamağa çətinlik çəkir.
Bagcam.az Aile.lent.az-a istinadən uşağa tualet vərdişini qısa müddətdə qazandırmağın yollarını sadalayır.
İlk növbədə səbrli olun. Səbrsiz davransanız, uşağınız tualet vərdişi əsnasında pis və inadçı rəftarlar sərgiləyə bilər.
Yaxşı hazırlaşın. Tualet kağızı və digər təmizləmə vasitələriniz hər zaman yanınızda və hazır olsun. Tualet vərdişi əsnasında ehtiyacınız olacaq bütün vasitələri ətrafınızda saxlamağınız bu prosesin daha tez başa çatmasına kömək olacaq.
Yeni alt paltarı alın. Tualet vərdişi aşılayarkən gözlənilməz zamanda uşağın tualetini etməsi məsələsi ortaya çıxa bilər. Ya da birlikdə çölə çıxdığınız zaman dərhal tualet tapmaya bilərsiniz. Buna görə də uşağa xüsusi, su keçirməyən alt paltarları almanız belə vəziyyətlərdə şalvarını batırmasının qarşısını alar.
Uşağı cəsarətləndirin. Onun bu vərdişdən xoşu gəlməsini təmin edin.
Təcrübə keçin. Tualetə gedərkən sizinlə gəlməsinə icazə verin. Paltarlarınızın islanmaması üçün nə etdiyinizi ona izah edin.
Maye qəbulunu artırın. Tualet vərdişi aşıladığınız günlərdə uşağa meyvə suyu, maye çox içirin. Bu halda onun tualetə getmə fürsəti daha çox olacaq.
Anlayışlı olun. Uşaqlar bir müddət sidik qaçırma kimi kiçik qəzalar edə bilərlər. Daha böyük uşaqlarda da belə olur. Bunu istəmədən baş verən bir qəza olaraq qəbul edin və səbrli olun. Bu vəziyyət haqqında uşaqla sakitcə danışın, səhv bir şey etmiş kimi davranmayın və ya danlamayın.
Nümunə göstərin. Ona böyük xalası, əmisi, dayısı, bibisi, böyük qardaşı və ya bacısının artıq bez istifadə etmədiyindən, alt paltarı geyindiyindən bəhs edin. Daha sonra körpələrdən və geydikləri bezlərdən danışın. Artıq körpə olmadığını, böyüdüyünü izah edin, cəsarətləndirin.