Azyaşlı uşaqlar yeni bilikləri öz təcrübələrində kəşf edərək, öyrənəndə daha tez mənimsəyirlər.
Bunu nəzərə alan “Baby Star” uşaq bağçasının tərbiyəçiləri uşaqlara ibtidai elmləri praktiki yolla öyrədirlər. Tərbiyəçilərlə birlikdə müxtəlif təcrübələr aparan balacalar həm yeni biliklər əldə edir, həm də əylənirlər. Bu zaman tərbiyəçilər uşaqlara təcrübə prosesini, fiziki qanunauyğunluqları və səbəb-nəticə əlaqəsini izah edirlər.
Qeyd edək ki, təcrübə mühitində biliklərin ötürülməsi “Education Network Management” təhsil şəbəkəsinə daxil olan bütün bağçalarda tətbiq olunur.