Uşaqlarda görülən depressiya yetişkinlərə nisbətən daha ağır keçir. Aparılan tədqiqatlar uşaqlardakı depressiyanın əsas səbəbinin “günahkarlıq” hissinin olduğunu deyir. Uşaqların həyatına pis təsir edə biləcək hər cür hadisə onlar üçün depressiyaya riski daşıyır. Bunlara boşanma, ölüm, xəstəlik, ağır maddi vəziyyət və s. misal göstərmək olar.
Özünə inam əskikliyi
Uşaqların depressiyaya girməsində ailənin təsiri böyükdür. Ailədaxili mübahisələr uşaqlarda depressiya riskini artıran əsas səbəblərdən biridir. Valideyinlərindən biri depressiyada olan uşaqlarda bu risk daha çoxdur. Məktəbdə baş verən uğursuzluqlar da depressiyaya təsir edir. Öznə inamı az olan, özünü bəyənməyən, müxtəlif bacarıqlara sahib olmadığını düşünən uşaqlarda da bu risk mövcuddur.
Məktəb dövründə depressiya
Məktəbli uşaqlarda depressiyanın xüsusiyyətləri fərqlidir. Uşaqların sosial fəaliyyətinin aşağı düşməsi, narahat davranışları və bu kimi digər xüsusiyyətləri depresiyada olduğuna işarə edir. Depressiyada olan uşaqların bəziləri problemlərini ailəsi ilə paylaşır, bəziləri isə içlərinə qapanır.
Yeniyetməlik dövrü
Bu dövürdə olan depressiya, yetişkin insanlarda olan depressiyaya bənzəyər. Depressiyada olan şəxsin xarici görünüşündə dəyişikliklər yaranmağa başlayır. Kənardan kədərli, baxımsız, durğun halı diqqəti cəlb edir. Şəxsin sosial fəaliyyəti zəifləyir, danışıqları yavaşlayır. Hətta ağır vəziyyətlərdə ümumiyyətlə danışmır. Tez-tez ağlamaq, həvəssizlik, heç bir şeydən zövq ala bilməmək, tez əsəbiləşmək və digər xüsusiyyətlər özünü göstərir.