Yapon təhsil sisteminin sirrləri

5Yaponlar ağıllı, sağlam və kübar insanlardır. Həmişə bu gözəl xüsusiyyətlərinin təhsil sistemləri ilə əlaqəsi olduğunu açıq-aşkar bildirirlər.

Bagcam.az yapon təhsil ocaqlarını dünyadakı digər məktəblərdən fərqləndirən məqamları təqdim edir:

  1. Ədəb təhsildən əvvəl gəlir yanaşması

Yaponiyada şagirdlər 4-cü sinifə (10 yaşına) qədər hər hansı bir imtahandan keçmir.  Bu dövrdə  uşaqlara kiçik testlər verilir. Məqsəd  uşağın təhsil həyatının ilk 3 ilində onu bildiklərinə görə mühakimə etməməkdir. Çalışılır ki, uşaqların xarakteri formalaşsın və yaxşı davranış öyrənisnlər. Uşaqlara 4-cü sinifə keçənə qədər digər insanlara və heyvanlara hörmət edən fərd olmağı öyrədirlər. Bundan başqa, comərd, mərhəmətli və empatiya qura bilən insan olmağı, cəsarət və ədalət hissini də  mənimsədirlər.

  1. Məktəblər payızda deyil, yazda açılır.

Dünyada bir çox məktəb və universitet akademik ilə sentyabr-oktyabr aylarında başlayır. Amma Yaponiyada akademiya və iş həyatının təqvimdəki başlanğıc ayı apreldir. Buna görə də, məktəbin ilk günü dünyadakı ən gözəl təbiət hadisələrindən biri olan dövrə təsadüf edir: Albalı çiçəyi zamanı.

Akademik il 3 dövrə ayrılır: 1 Aprel – 20 iyul, 1 sentyabr – 26 dekabr və 7 Yanvar – 25 Mart. Yapon şagirdlər yay dövründə 6, qış və bahar fəsillərində isə 2 həftəlik tətilə çıxa bilirlər.

  1. Bir çox yapon məktəbində təmizlik işçiləri yoxdur. Şagirdlər öz məktəblərini özləri təmizləyir.

Yapon məktəblərində şagirdlər dərsləri, bufeti  və hətta tualetləri də tamamilə özləri təmizləmək məcburiyyətindədirlər. Təmizlik üçün şagirdlər bir il ərzində növbələşərək, dəyişən vəzifələrə sahib kiçik qruplara ayrılırlar. Yapon təhsil sistemi  bu üsulun şagirdlərə komanda işini və bir-birlərinə kömək etməyi öyrətdiyini müdafiə edir. Bundan başqa, uşaqların öz vaxtlarını süpürmə, silmə və təmizləməyə xərcləməsi onların həm öz işlərinə, həm də başqalarının işinə hörmət etməyi öyrədir.

  1. Yapon məktəblərində nahar standart bir menyudan ibarətdir və sinifdə həmişə birlikdə yeyilir.

Yapon təhsil sistemi şagirdlərinin sağlam və balanslı qidalandığına əmin olmaq istəyir.  Dövlət məktəblərində nahar standart bir menyuya görə hazırlanır və yalnız ixtisaslı aşpazlar deyil, eyni zamanda səhiyyə işçiləri tərəfindən ortaq şəkildə planlaşdırılır. Bütün sinif müəllimlərlə birlikdə yemək yeyir və bu şagird-müəllim arasındakı müsbət əlaqəni də inkişaf etdirməyə kömək edir.

  1. Şagirdlər əsas dərslərdən başqa, yapon yazı sənəti olan Şodonu və yapon şeirlərini öyrənir

Şodo-bambuk fırçanı mürəkkəbə batıraraq düyü kağızına yazılan yazı tərzidir. Yaponlar üçün Şodo ənənəvi rəsm sənəti qədər populyardır. Haiku isə, sadə sözlərlə dərin duyğuları ifadə edən şeir növüdür. Bu iki dərs uşaqların öz mədəniyyətlərinə hörmət etmələri və yüzilliklər boyu davam edən ənənələrini yaşatmaları üçündür.

  1. Demək olar ki, bütün məktəblərdə bütün şagirdlər forma geymək məcburiyyətindədir

Əksər orta məktəblərdə şagirdlərin forma geymə zərurəti var. Bəzi məktəblərin öz xüsusi geyimləri olsa da, ənənəvi yapon məktəblərinin formaları oğlanlar üçün hərbi, qızlar üçün isə dənizçi geyimində hazırlanır. Forma siyasətinin məqsədi şagirdlər arasındakı ictimai status fərqlərini aradan qaldırmaqdır. Məktəb forması geymək həm də uşaqların birlik içində olduqlarını hiss etmələrini təmin edir.

  1. Yapon məktəblərində dərsdə iştirak faizi 99.99%-dir

Yəqin ki, hər birimiz ən azından bir dəfə də olsa dərsdən qaçmışıq. Amma yapon şagirdlər dərsdən qaçmağa və ya gecikməyə çalışmırlar. Üstəlik, hesabatlara görə, Yaponiyadakı tələbələrin 91%-i heç vaxt və ya yalnız bir-iki dərs xaricində müəllimin izah etdiklərini görməzdən gəlib.