Vakansiya: Aşbaz köməkçisi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Aşbaz köməkçisi

Tələblər:

  • Aşbazlıq üzrə Peşə İxtisası Təhsili
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 30 – 50 yaş aralığına üstünlük verilir
  • Milli Mətbəxə aid yeməkləri hazırlamaq bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Şirniyyat hazırlamaq bacarığı
  • Qidaların saxlanması və istifadəsi ilə bağlı təlimatları bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Aşbaz köməkçisi” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.