İyun ayının 4-də “İnci” uşaq bağçasında 2014 – 2015-ci tədris ilinin yekunu olaraq məzun günü keçirilib. Bağçada hər birindən 15 uşaq olmaqla, azərbaycan və rus bölmələrində iki qrup məzun olub.
Tədbir uşaqların rəqsi ilə başlayıb, maraqlı səhnəciklər, şeirlərlə davam edib.
Övladlarının xoş günündə onlarla birgə iştirak edən valideynlər də, bir birindən maraqlı müsabiqələr hazırlamaqla bu günü daha da maraqlı etməyə çalışıblar. Keçirilən müsabiqələrdə onlar mahnılar səsləndirib, səhnəciklə çıxış ediblər.
Məzun günündə uşaqlar həmçinin müxtəlif bacarıqlarına görə ilin nominasiyaları ilə də təltif olunublar. Məktəbəqədər hazırlıq dövrünü uğurla başa vuran balacalara isə, diplomlar təqdim olunub.
Sonda valideynlər keçirilən bu tədbirlə bağlı təsəssüratlarını bölüşüblər.
Məmmədova Arifə:
Bu gün tam əminliklə deyə bilərəm ki, mənim oğlum məktəbə tam hazırlıqlı şəkildə bağçadan ayrılır. Bu günkü tədbir mənə çox xoş təsir bağışladı. Uşaqlarrın çıxışı, hər şey. Mən fürsətdən istifadə edib uşaqlara gələcək həyatlarnda uğurlar arzulayıram, istəyirəm ki onların məktəbdən və universitetdən məzun olduqları günü görək. Hər birinə uğurlar arzulayıram.
Könül Kərimova:
İki ildir uşağım bura gəlir. çox məmunan. bu gün də çox gözəl hazırlanıb. Hər şey düşünülmüş, uşaqlarımız üçün. Təəssüratlarımız çox yaxşıdır.