17 oktyabrda uşaq bağçasında “Disney party” keçirildi. Uşaqlar müxtəlif cizgi film qəhramanlarının paltarlarını geyinib onların obrazını canlandırdılar. Uşaq Bağçasının pedaqoq- psixoloqu Aytən Ağayeva partidə uşaqların təqlid etdiyi cizgi film qəhrəmanların onlara necə təsir göstərdiyi haqqında məlumat verdi.
Uşaqlar kiçik yaşlarından belə baxdıqları cizgi filmdə ən çox sevdiyi qəhrəmanı təqlid etməyi sevir. Oğlanlar ən çox spiderman , supermen kimi qəhrəmanlaкı sevir. Onlarda bir növ özlərinə güvən, özlərinə inam hissi daha da güclü olur. Qızlar da bildiyimiz kimi su pərisi və yaxud digər Disney qəhrəmanların seçirlər. Onlar hesab edirlər ki, su pəriləri daha gözəldir, daha qəşəngdir.
Aytən xanım uşaqların qəhrəmanlar aləmində yaşamasının real həyatla əlaqəsindən də danışdı. O bildirdi ki, valideynlər uşaqların cizgi film seçiminə nəzarət etməlidirlər.
Hansı cizgi filminə baxır. Bunu da mütləq valideyn özü seçməlidir. Çünki hər yaşa uyğun cizgi filmi olmalıdır.ki, 6 yaşına uyğun cizgi filmin kiçik yaşında olan uşağın baxmağı düzgün deyil. Çünki kiçik yaşlı uşaqlar cizgi filmdən müsbət keyfiyyətləri götürdüyü kimi, yəni dostluq, məhəbbət və yaxud yardım sevərlik kimi müsbət keyfiyyətləri götürdüyü kimi, mənfi keyfiyyətləri də götürə bilər bu da sonradan onların tərbiyəsində, xarakterin formalaşmasında çox böyük təsir göstərir.
Müsahibimizin sözlərinə görə, özünə xəyali qəhrəman seçən uşaq bilməlidir ki, bu, cizgi filmdir. Çünki sonradan mənfi keyfiyyətlər üzə çıxa bilər.
Təbii ki valideyn uşağına bildirməlidir ki, bu sadəcə cizgi filmidir amma real həyatda təbii ki elə yaşamaq mümkün deyil. Çünki supermenlər uçurlar,bəzən uşaqlar hesab edir ki onlar da uça bilir. Çıxıb tullana da bilərlər. Təbii ki valideyn onu izah etməlidir ki, supermen uçur, o cizgi film qəhrəmanıdır amma sən uça bilməzsən, sən insansan, sənə qanad verilməyib. Çünki mənfi keyfiyyətlər ortaya çıxar və yaxud qəza baş verə bilər.
Pedaqoq-psixoloq həmçinin onu da qeyd etdi ki, uşağın öz qəhrəmanını tərk etməsi üçün müəyyən yaşı gözləmək lazımdır.
2 yaşında uşağa biz nə qədər desək də, bunu qəbul etməkdə çətinlik çəkəcək. Artıq 4 yaşındakı uşağa bunu deyə bilərik. Çünki artıq qavrayır, hər şeyi dərk edə bilir. Təbii ki bunlar deyilməlidir.