Toxumaq işindən sadəcə nənələrin xoşlandığını düşünürsünüzsə, 11 yaşındakı bu uşağın hördüklərinə inanmaya bilərsiniz. Jonah Larson qeyri-adi istedadı ilə qısa müddətdə sosial mediada məşhur oldu. 140 mindən çox İnstagram və 28 mindən çox Youtube izləyicisi olan balaca uşaq artıq toxuduqlarından pul da qazanır.
11 yaşındakı Jonah Efiyopyada doğulub və toxuma işinə 5 yaşında olarkən başlayıb
Efiyopiyada doğulan Jonah möhtəşəm ailə tərəfindən övladlıq edilib. Toxumağı 5 yaşında kəşf edən balaca uşaq bir neçə Youtube dərs videosundan sonra böyük həvəslə hörməyə başladı. Bu işi öyrənməsi çox uzun çəkmədi. Jonah qısa müddət ərzində əlcəklər, süfrələr hörməyə başlamışdı.
Anası Jenniferin köməyilə “Jonahın Əlləri” adlı bir toxuma işi quraraq öz məhsullarını satmağa başladı. Jonah sosial mediada viral olduqdan sonra çoxlu sifariş aldı. Minlərlə insan balaca uşağın hazırladıqlarını almaq istədikdə anası 6-cı sinfə gedən oğlunun tamamlaya bilməyəcəyi sifarişləri qəbul etməməyə başladı.
Jonah hazırda toxuma işi ilə bağlı bir kitab üzərində işləyir.
Jonah şübhəsiz ki, gələcəyi çox parlaq bir uşaqdır. İQ testlərindən çox yüksək nəticə göstərdiyi üçün bir sinif adlayıb. Jonahın gələcək üçün planları isə bir az daha fərqlidir. Balaca oğlan böyüdüyündə yaxşı bir cərrah olmaq istəyir.
Jonahın əl işlərini sizə təqdim edirik:
Mənbə: egitimpedia.com