Ekoloji təmiz, təhlükəsiz, sağlam və intelektual mühit

Avqustun 27-də Bakı şəhərinin Nəsimi rayonunda  uşaq bağçasının açılış mərasimi keçirilib.

Uşaq bağçası ekoloji təmiz və təhlükəsiz mühitdə uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edir. Uşaqları təbiətdən ayırmadan sağlam və intellektual gələcək nəsil formalaşdırmaq uşaq bağçasının əsas məqsədidir.

1

Bagcam.az xəbər verir ki, ümumilikdə, 140 nəfər uşaq üçün nəzərdə tutulan uşaq bağçasında müasir üsullarla təchiz olunmuş havalandırma sistemi mövcuddur. Uşaqların dünyagörüşünün inkişafında xüsusi rolu olan teatr səhnəsi yaradılıb ki, burada xüsusi səs və işıq effektləri vardır. Professional mətbəx avadanlıqları ilə təmin olunan yeməkxanalar tədris olunan hissədən tamamilə ayrıdır. Üç mərtəbədən ibarət olan bağçanın daxilində ağıllı lövhələrlə təchiz olunmuş tədris otaqları da mövcuddur.

Yashil-ada-intellektual-muhit

Sahəsi 3000 m2-dən çox  olan uşaq bağçasının kifayət qədər böyük həyətyanı sahəsi vardır. Bağbanların nəzarəti ilə daimi yaşıl olan sahədəki meyvə ağacları, oyun meydançaları körpələrin ekoloji təmiz mühitdə inkişaf edəcəyindən xəbər verir. Həmçinin, həyətyanı sahədə müxtəlif ev quşlarından ibarət zoopark da var ki, uşaqların təbiətlə ilkin tanışlığına şərait yaradır.

Yashil-ada-ekoloji-muhit

Uşaq bağçasında hər bir uşağa Fərdi İnkişaf  Planı əsasında yanaşılır. Uşaq Bağçasında tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 3 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Tədris prosesi “Master Tərbiyəçi-2” təlim proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

Bağça həftənin 6 günü saat 08:00-dan 20:00-dək fəaliyyət göstərir. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 09:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Şirniyyat Vaxtı, 18:00 – Axşam Yeməyi olaraq təmin ediləcək. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir. Bağçada yeməklər xüsusi dəvət olunmuş peşəkar aşpazlar tərəfindən hazırlanır.

Yashil-ada-yemekxana

Uşaq bağçasında gələcək nəslin fiziki sağlam inkişafı üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş gimnastika bölməsi, idman zalı var. Digər bağçalardan fərqli olaraq, uşaq bağçasında uşaqlar üçün hovuz tikilib. Uşaqların dərisi həssas olduğu üçün azon vasitəsilə təmizlənən hovuzda körpələrin üzgüçülük öyrənmə imkanı da var. Bunlarla yanaşı uşaqların sağlamlığının davamlı nəzarətdə sağlanılması üçün professional tibbi avadanlıqlarla təchiz olunmuş xüsusi həkim otağı və peşəkar pediatr təmin edilmişdir. Həmçinin, onlayn müşahidə kameraları vasitəsilə təhlükəsizliyi təmin olunan bağçanın hər mərtəbəsində yanğın çıxışları mövcuddur.

Yashil-ada-hovuz2

Qeyd edək ki, uşaq bağçası “Education Management Network” şəbəkəsinə daxildir. Bağçanın əlaqə nömrələri: 050-500-60-60, 012-530-63-34.