Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni qəbul qaydası

Bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də qəbul qaydası elektron formada həyata keçiriləcək.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun bildirdiyinə görə, liseylərə qeydiyyatdan keçmək üçün valideynlər martın 13-dən etibarən elektron sistemdən istifadə edə bilərlər.

İ.Abdullayeva vurğulayıb ki, bu təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar heç bir müsahibədə iştirak etmədən martın 13-də qeydiyyatdan keçə bilərlər.