Uşaqlarına diqqət göstərməyən və vaxt ayırmayan valideynlərin uşaq psixologiyasına təsirini sizin üçün araşdırdıq.
Adətən uşaqlarını ikinci plana atan valideynlər, uşağın şəxiyyətində mənfi xüsusiyyətlərin yaranmasına səbəb olurlar. Sevgisiz mühitdə böyüyən uşaqlar, ailə tərəfindən şiddət görürsə, özünə qapanıq və ya davakar olurlar.
Bəs bu halların baş verməməsi üçün valideynlər övladlarına qarşı necə davranmalıdır?
- Valideynlərin hər ikisi işləsə belə, ən az 2-3 saat uşaqla vaxt keçirməlidir.
- Nə sərt, nə də çox yumşaq davranmalıdırlar.
- Uşaqların hər istədiklərini etməməli və bu davranışı niyə qəbul etmədiklərini onlara izah etməlidirlər.
- Uşaqlar hər hansı problemlə qarşılaşdıqda, yanında ana və atasının olduğunu bilməlidir.
Mənbə: Qadin.net