Valideynlərin müəllimlərə kömək etməli olduğu 5 mövzu

Bu məqalə müəllim olan Adam Hatch tərəfindən yazılıb. Adam Tayvanın Taiperi şəhərində uşaqların ingilis dilində araşdırma edib məqalə yazmağı öyrəndikləri bir məktəb qurub. Məqalələr Tayvanda uşaqlar tərəfindən hazırlanan ilk ingilis dilində qəzet olan Taipei Teen Tribune-də tirajlanıb.

Əziz valideynlər,

Təhsilə ayırılan büdcənin azaldığı və dövlət məktəblərinin, müəllimlərin “şeytan” kimi göstərildiyi dövrdə şagirdlərin uğur qazanmasında ən böyük pay biz müəllimlərlə ölçülür. Ancaq biz müəllimlər olaraq rolumuzun sizlərlə qarşılaşdırıldığında daha az önəmə sahib olduğunun fərqindəyik.

Şagirdlərimizin əsl müəllimi sizsiniz. Təhsil, öyrənmək və məktəb ilə bağlı siz nə düşünürsünüzsə, uşaqlarınız da elə düşünəcəkdir.  Buna görə də onlarla birgə keçirdiyiniz günlərin xüsusiyyəti, sizin evdə göstərdiyiniz liderliklə bağlıdır. Bir sözlə, köməyinizə ehtiyacımız var. Bu beş vacib addımla başlayaq:

  1. Övladlarınız üçün bəhanələr gətirməyin

Hər kəs səhv edir, xüsusilə də uşaqlar. Təhsil səhv edə bilmə və bunun nəticələri ilə qarşılaşmaq prinsipinə əsaslanır. Bu, öyrənməyin təməlidir. Yəni, uşağınız dərsə gecikdiyində, tapşırıqlarını tamamlaya bilmədiyində ya da sinifdə əsəbi davranışlar göstərdiyində onun arxasında durmayın. Bundan dərs çxarmasına icazə verin.

Hətta, bir addım daha irəliyə gedin və onu davranışları ilə bağlı məsuliyyətlər almasına təşviq edin. Biz uşağınıza oxumağı, riyaziyyatı öyrədə bilərik, amma ona insani dəyərlər və məsuliyyət mövzusunda dərs verəcək şəxs sizsiniz. Başı dərddə olanda qarışmayın və icazə verin uşağınız bundan dərs çıxarsın. Bu, bir müddətliyinə sıxıcı ola bilər, ancaq nəticədə uşağınız dəyərli bir təcrübə qazanmış olacaq.

  1. Etməli olduqları işi etdiklərindən əmin olun

Uşaqlar hər axşam nə yeyəcəkləri ilə bağlı söz sahibi olsaydılar böyük ehtimalla qida dəyərlərini nəzərə almayaraq dondurma yeməyi seçərdilər. Eyni şey ev tapşırığı üçün də keçərlidir – adətən sıxıcı, vaxt aparan bir işdir və bir çox şagird tapşırıqlarını bitirmək ilə televizor ya da video oyunlar arasında qalır. Elə isə uşaqlarınızın tapşırıqlarını vaxtında bitirməsini necə təmin edə bilərsiniz?

Bu sualın cavabı yaxşı bir valideynlikdir. Uşaqların bütün gün düzgün qidalanmasını təmin etmək valideynlərin işidirsə, şagirdlərin hansı tapşırığı bitirməsi lazım olduğunu bilmək və bunların yerinə yetirildiyindən əmin olmaq da onların işidir. Şagirdlər məsuliyyət almağı öyrənməlidir və valideynlərinin də işin içində olduğunu bilmək, məsuliyyət almağın dəyərini artıracaqdır.

  1. Diqqətdağıdıcı ünsürləri aradan qaldırın

Video oyunları, sadə bir deyimlə desək bütün müəllimlərin düşmənidir. Televizorlar, mobil telefon deyilən o “icad” sosiallaşma, açıq havada gəzmək və ən vacibi kitab oxumaq kimi kritik inkişafetdirici fəaliyyətlərin qarşısını alır. Bunları uşağınızın gündəlik həyatından çıxardaraq müəllimlərə kömək edin.

Şagirdlər mobil telefona toxunmamalıdır demirəm, amma artıq istifadə olunsa, zərəli bir hala gələ bilər. Televizoru gündə bir saat ya da daha azı ilə sərhədləyin, təbii tapşırıqlar və dərslərini bitirdikdən sonra.

  1. Evdə yaxşı vərdişləri nümunə edin

Dediyim kimi, uşaqlar ilk olaraq və ən çox valideynlərindən dərs alırlar. Yəni, siz nə edirsinizsə uşağınız da onu edir. Əgər heç vaxt kitab oxumasanız, tapşırıqları ilə heç maraqlanmasanız və hər yemək vaxtında televizor izləsəniz, uşağınız da eyni formada davranacaqdır. Bunun tam tərsi də keçərlidir: yatmamışdan əvvəl bir az kitab oxuyub, məktəbdə baş verənlər haqqında söhbət edib və axşam olanda da televizoru söndürsəniz, uşağınız da bu vərdişlərə yiyələnəcək.

  1. Müəllimlərə qarşı deyil, onlar ilə birgə hərəkət edin

Sonda isə yanımızda durun. Bu işi milyoner olmaq üçün deyil, uşaqları və cəmiyyəti önəmsədiyimiz üçün edirik. Uşaqlarınızın uğura çatmasında biz mane deyilik, onları həm intellektual, həm də emosional baxımdan dəstəkləmək bizim birinci vəzifəmizdir.

Uşağınıza zəif qiymət vermişiksə, bizi buna görə günahlandırmayın. Bunun məqsədi uşağınızın bəzi dəyişikliklər etməsi lazım olduğu ilə bağlı sizi məlumatlandırmaqdır.

Əvvəl-axır biz də sizin yanınızdayıq, çünki hamımız şagirdlərin yanındayıq. Uşağınızın təhsil həyatı ilə maraqlanmayaraq bizim üçün “çətin” valideyn olmaq yerinə bizlərə kömək etsəniz, uşağınız çox daha yaxşı böyüyəcəkdir. Gəlin bir-birimizə kömək edək və o çox sevdiyimiz uşaqlar üçün əlimizdən gələnin ən yaxşısını edək.

Mənbə: egitimpedia.com