Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Administrator vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.
Tələblər:
- İdarəetmə-Biznes üzrə Ali və Orta İxtisas Təhsili
- Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
- 23 – 30 yaş aralığına üstünlük verilir
- MS Office üzrə iş bacarığı
- Azərbaycan və rus dillərini səlis bilmək
- Təşkilatçılıq və liderlik bacarıqları
- Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Münasibət qurmaq bacarığı və həssaslıq
- Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
- Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
- Məqsədyönlü və qətiyyətli
- Gərgin iş mühitində çalışmaq bacarığı
Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Administrator” qeyd edin.
Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)
Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)
Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az