“Vahid formaya keçilməsi düzgün deyil”

usaq-baxcalari-550x400_cBakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalara uşaqlar üçün yay mövsümünə uyğun vahid formalar verilib. Uşaqlar bağçalara gəldikdə həmin geyimləri, evə qayıtdıqda isə onları soyunaraq öz geyimlərini geyinəcəklər. Türkiyə istehsalı olan formalar qolsuz köynək və şortdan ibarətdir.

Məsələ ilə bağlı uşaq psixiatrı Vəfa Şirinova bildirib ki, forma məsələsi məktəblərdə tətbiq olunmuş kimi olsaydı bu əlbəttə ki, yaxşı nəzəriyyə olardı : “Bu məktəbəqədər yaşlı uşaqlarda olduğuna görə bu barədə fikrim ikimənalıdır. Birinci ona görə əsaslandırmaq istəyirəm ki, uşağın psixi inkişafını öyrənərkən onun  ilk  növbədə fəaliyyət inkişaf xüsusiyyətlərini  nəzərə almaq lazımdır. Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətlərinin formalaşması üçün daha çox vasitəsiz emosianal ünsiyyət arxa plana, ön plana isə bir növ desək əşyalar keçir. Yəni, uşaqlar əşyaları ilə öyünməyə, tanınmağa başlıyırlar. Bunlardan ilki geyimdir. Bağça uşaqlarının  vahid forma geyinməsi əlbəttə ki, bir az narazılığa səbəb ola biləcək məsələdir. Həmçinin, uşaqlar rəngli geyinərək rəngi seçirlər, rəngləri sezə bilirlər. Onlarda rəng anlayışı, forma anlayışı bu yaşlarda formalaşır. Ona görə də vahid formaya keçilməsi onlar üçün psixoloji cəhətdən düzgün hesab olunmazdı”.

Vəfa Şirinova özəl bağçaların vahid formaya keçidinin gözlənilmədiyini deyib: “Uşaqların inkişaf xüsusiyytlərini nəzərə alaraq onların vahid bir formaya keçirilməsi düzgün deyil. Onlar fərqli olmalı, şəxsiyyət kimi formalaşmalı, fərqlənməlidir. Və bu fərqi onlar hiss eləməlidir”.