Üstün zəkalı uşaqların peşə xüsusiyyətləri

Üstün zəkalı uşaqların yetkin yaşlarda peşə seçimləri və icra edəcəkləri peşələr ilə bu peşələrdəki uğurlarını izləyərək Terman bir araşdırma aparıb və etibarlı nəticələr əldə edib. Bu araşdırma bu mövzu haqqında aparılan araşdırmaların ən mükəmməlidir. Terman bu araşdırma nəticəsində aşağıda qeyd etdiyimiz xüsusiyyətləri ümumiləşdirib.

Üstün Zəkalı Uşaqlar:

  1. Məktəbdə tədris olunan mövzuları öyrənməkdə bəziləri 2, bəziləri 3, bəziləri 4 sinif üst səviyyədədirlər;
  2. 90%-in zəka səviyyələri orta yaşlarda da yüksəlməyə davam edib;
  3. 90%-i universitetə girib və 70%-i məzun olub;
  4. Universitetdən məzun olanlardan 30%-i müxtəlif mükafatlarla mükafatlandırılıb;
  5. Orta yaşlarda 800 üstün zəkalı kişidən 67%-i kitab çap etdirib. Bunlardan 46%-sı əsas fənnlər, incəsənət, ədəbiyyat və sosial elmlər sahəsində olub. 1400-dən çoxu elmi, texniki və professional məqalələr, 200-dən çoxu isə qısa hekayələrdir. 236 nəfər olduqca geniş və müxtəlif mövzularda məqalələr nəşr ediblər. 150-dən çoxu özəl imtiyaza sahib ixtira patenti alıb;
  6. Həkimlik, mühəndislik, doktorantura səviyyəsində elmi işlər, peşələr, hüquq, kimyagərlik, əczaçılıq və s. professional peşələri seçib və müvəfəqqiyyətli olublar. Az qismi isə yarı-professional peşələrə yönəliblər;
  7. Yönəldikləri professional və yarı-professional peşələrdə az sayda istisna ilə uğurlu olublar.

Yazımızda araşdırma nəticələrinə görə təqdim etdiyimiz informasiyaların bir xülasəsini etmiş olsaq, üstün zəkalı uşaqlar inkişafa imkan verən yerlərdə üstün fiziki, zehni, sosial və şəxsi xüsusiyyətlərə sahib olduqları üçün çox işləmək tələb edən professional peşələrlə maraqlandıqlarını və yönəldiklərini, bu peşələrdə, ümumilikdə, uğurlu olduqlarını deyə bilərik. Bu üstün xüsusiyyətləri xülasə kimi təqdim etmək lazım gəlirsə, bunları aşağıda yazdığımız formada görmək mümkünür.

Üstün Zəkalı Uşaqların Xüsusiyyətləri:

  1. Asan, tez və möhkəm öyrənirlər;
  2. Təcrübi məlumatları bacarıqla istifadə edirlər;
  3. Açıq düşünür, əlaqələri asanlıqla tapır, informasiyaları transfer edir və yeni vəziyyətlərdən ən uyğun şəkildə istifadə edə bilirlər;
  4. Eşitdiyini, gördüyünü, oxuduğunu uzun müddət müdafiə edirlər;
  5. Bir çox sahədə dərin, geniş maraq və bilgilərə sahibdilər;
  6. Söz bazaları genişdir. Danışıqları açıq və axıcıdır;
  7. Çətin problemləri asanlıqla həll edirlər;
  8. Sinif səviyyələrindən üstün olan kitab və ensiklopediya oxuyurlar;
  9. Akademik mövzularda öz yaşıdlarından 2, 3, 4 il irəlidədirlər. Oxumağı çox erkən yaşda öyrənirlər;
  10. Fikirləri və çalışma metodları, özlərinin ixtira etdiyi xüsusiyyətlər, metodlar əksərən orijinaldır;
  11. Kəskin müşahidəçi və hazırcavabdılar;
  12. Başqaları ilə səmimi, davamlı dostluqlar qururlar. Sadiq və özlərindən əmindirlər. Başqalarına güvənirlər və güvən gözləyirlər;
  13. Digərlərinin fikirlərinə, haqlarına hörmət edir və problemlərə qarşı həssas və həll yolunda köməkçidirlər;
  14. Əzmli, səbirli, qərarlı, təvəzökar və mehribandırlar;
  15. Bütün münasibətlərində pozitiv, məhsuldar və uğurlu olmağı qarşılarına məqsəd qoyur, digərlərini də bu yola təşviq edirlər;
  16. Məsuliyyət almaqdan və onu yerinə gətirməkdən xoşlanırlar;
  17. Cəmiyyət dəyərlərini asanlıqla qavrayır və onlara hörmətli yanaşırlar;
  18. Cəmiyyətin professional peşələrinə yönəlir, mükəmməllik üçün çox cəhdlər edir və əksərən uğurlu olurlar;
  19. Üstünlüklərini orta və irəli yaşlarda “ömür boyu davam edər bir mahnı” kimi davam etdirirlər;
  20. Cəmiyyətin zehin gücü etibarı ilə elit təbəqəsini təşkil edirlər. Mifologiya, elm, texnika və peşə sahibi olurlar.

Mənbə: ustunzekalilar.org