Uşaqların ev tapşırığı əvəzinə etməli olduğu 30 şey

ip10 ildən çoxdur ki, müəllimlik edirəm və bu müddət ərzində  qürur duyduğum bir çox şey etdim.  Həddindən çox ev tapşırığı vermək isə bunlardan biri deyil təəssüf ki.

Müəllimlik etdiyim illər ərzində beşinci və altıncı siniflərə dərs keçdim. Bəzən gündə iki saatdan çox davam edəcək tapşırıqlar verdim. Uşaqlar bundan çox şikayət etsələr də, valideynlər çox nadir halda şikayət edərdi. Ən azından bunu üzümə qarşı etməzdilər. Valideynlərin də mənim kimi düşündüyünü təxmin edirəm. Yəni ev  tapşırığı yeni bacarıqların praktikasını etmək üçün ən yaxşı yoldur, məsuliyyət sahibi olmağı öyrədir və s.

Təhsil məsələləriylə əlaqədar proqrama başlayanda, ev tapşırığının azyaşlı uşaqlar üçün yaxşı bir şey olmadığını iddia edən araşdırmalar haqqında məlumat əldə etdim. Tapşırıq, ibtidai məktəb şagirdlərinin yalnız akademik göstəricilərini aşağı salmaqla qalmır, eyni zamanda uşaqların məktəbə qarşı tutumlarına və fiziki sağlamlıqlarına da zərər verir. Bu mövzudakı qabaqcıl araşdırmaçılardan biri olan Harris Cooper, ev tapşırığının ibtidai məktəb şagirdlərinin akademik göstəricisini inkişaf etdirdiyinə dair heç bir elmi dəlil olmadığını bildirib.

Bəs yaxşı, uşaq məktəbdən sonra, yuxu saatına qədər olan boş zamanında və tətillərdə ev tapşırığı yerinə nələr edə bilər?

  1. İp atlamaq
  2. Valideynlərlə danışmaq
  3. Yatmaq
  4. Kitab oxumaq
  5. Kitab dinləmək
  6. Puzzle düzəltmək
  7. Yelləncəyə tərsdən minmək
  8. Torpaq qazmaq
  9. Bir dostuyla qum ilə oynamaq
  10. Yemək hazırlamağa kömək etmək
  11. İt gəzdirmək
  12. Heyvan sığınacağında könüllü olmaq
  13. Bağda nəsə əkmək
  14. Musiqi alətində ifa etmək
  15. Nənənin evinə qonaq getmək
  16. Bir sosial layihədə iştirak etmək
  17. Rəsm çəkmək
  18. Elmi təcrübə etmək
  19. Yamsılama oyunu oynamaq
  20. Başqa uşaqla güləşmək
  21. Otaqlarını təmizləmək
  22. Hekayə yazmaq
  23. Boş-boş vaxt keçirmək
  24. Nəsə tikmək
  25. Klassik musiqi dinləmək
  26. Toxumağı öyrənmək
  27. Şəkil çəkmək
  28. Velosipedə minmək
  29. Yatmamışdan əvvəl uzun hekayə dinləmək
  30. Oyun oynamaq

Azyaşlı uşaqlara ev tapşırığı verilməsi akademik öyrənməni inkişaf etdirmir. Məktəbdə reallaşan təlim, öyrənmənin yalnız tək bir formasıdır. Tapşırıq, öyrənmənin sosial, fiziki, emosional və saysız başqa formasıyla iç-içə olmaq üçün uyğun olan zamanı uşaqların əlindən alır.

Uşaqlarımız məktəb xaricindəki bütün  zamanlarını hər şeydən daha əhəmiyyətli olan işini edərək keçirməlidirlər – yəni uşaq olmağı.

Mənbə: egitimpedia.com