Uşaqlarımız üçün sağlamlıq vərdişləri

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar.

Bagcam.az sağlamlıq vərdişlərindən bəzilərini təqdim edir:

  • Erkən oyanmaq

Elm sübut edir ki, erkən oyanmaq insanı daha da məhsuldar və eləcə də ruhi sağlam edir. Ola bilər ki, ilk vaxtlar tezdən oyanmaq çətin olsun, lakin uşaqlıqdan hətta ən azı 15 dəqiqə daha tez oyanmağı vərdiş etməklə siz özünüzün və övladınızın həyat keyfiyyətini artırmış olarsınız. Erkən durmağın faydalarından əlavə günorta yuxusunun da insan, xüsusən, uşaq sağlamlığına və inkişafına əhəmiyyəti sübuta yetirilmişdir

  • Az yemək

Həqiqətən də, çox yeməyi insanın özü-özünü zəhərləməsinə bənzədirlər. Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olmuşlar ki, insanın mədəsi dolu olmayanda dərindən və lazımi qaydada nəfəs almaq olduqca asanlaşır və oksigen maddələrin normal mübadiləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət qədər orqanizmə daxil olur. Dərindən alınmayan nəfəs isə insan ömrünü qısaldır.

  • Su içmək

Müasir elmi araşdırmalar göstərir ki, insan çoxlu miqdarda suyu qısa vaxt ərzində birbaşa içirsə, onda baş ağrısı, qanda elektrolitlərin disbalanslığı, bəzi hallarda isə başgicəllənmə müşahidə olunur. Suyu fasilə ilə qəbul etmək onu həzm etməyə və faydalarını əldə etməyə kömək edir.

  • Ballı su içmək

Bir araşdırma ballı suyun yüksək xolesterinə sahib olan insanların xolesterin səviyyəsini 2 saat içərisində 10%-ə qədər azalda bildiyini sübut etmişdir. Su və bal ürək xəstəlikləri və qan dövranı problemləri ilə mübarizədə çox yaxşı təbii vasitədir.

  • Üzü üstə yatmamaq

Həkimlər tövsiyə edir ki, onurğa sütununun çəkisinə görə təkcə böyüklər deyil, hətta kiçiklər də qarınları üzərində yatmamağa vərdiş etməlidirlər. Çünkü bu tərzdə yatmaq daxili orqanlara və onurğa sütununa mənfi təsir göstərir. Bu cəhətdən də analar onurğa sütünü tam inkişaf etməmiş uşaqlarına qarşı daha diqqətli olmalı və uşaqlıqdan övladlarını üzü üstə yatmamağa alışdırmağa çalışmalıdırlar.

Mənbə: vib.az