Valideynlər uşaqlarının intizamlı olması haqqında o qədər narahatlıq keçirirlər ki, ən az onun qədər əhəmiyyətli bir addımı unudurlar: Bəs sonra nə etməli?
İnkişaf üzrə psixoloq Ashley Soderlund, uşaqların davranışlarını dəyişdirmək üçün əvvəlcə onların gücləndirilməli olduğunu söyləyir.
“Uşaqlar “burada və bu anda” yaşayırlar və xüsusilə azyaşlı uşaqlar “sabit” zehin quruluşuyla düşünürlər. Yəni, təbii olaraq bir şeylərin dəyişə biləcəyini ya da dəyişəcəyini hesablamırlar. Buna görə də onlara davranışlarını dəyişdirə biləcəklərini və böyüyə biləcəklərini öyrətməliyik”.
Yaxşı bunu necə edə bilərik?
Soderlund uşağınız yanlış hərəkət etdiyində, bu davranışı düzəltmək üçün bir neçə sadə addım təklif edir. Məsələn əgər uşağınız başqa bir uşağın oynadığı bir oyuncağı onun əlindən alırsa və qarşıdakı uşaq buna çox üzülürsə, o zaman davranışı düzəltmə və alternativ həllər təqdim etmə kimi intizam üsullarından istifadə etməlisiniz.
Oyuna dönməmişdən əvvəl isə uşaqları dəyişmək mövzusunda gücləndirməli və mənfi duyğularını yox etməlisiniz. Soderlund bu zaman bunu söyləməyi təklif edir:
“Bir dahaki səfərə xatırlayarsan”.
Ya da bu vəziyyət üçün daha konkret olub, “Növbəti dəfə öz sıranı gözləməyi xatırlayacaqsan, narahat olma” deyə bilərsiniz. Soderlund bu sadə cümlənin uşaqlara çox şey ifadə etdiyini söyləyir.
“Hazırda özümü pis hiss edirəm, amma növbəti dəfə daha yaxşı ola bilərəm” duyğusu onlara rahatlama hissi və bir dahaki səfərə sınaq arzusu verir”.
Özü də bir ana olan Soderlund, bu sözün ən çox 3 yaş ətrafı kiçik uşaqlarda təsirli olduğunu söyləyir:
“Azyaşlı uşaqlar asan xatırlaya bilmirlər. Əgər onları hər səfərində sözlərinizlə gücləndirsəniz, bu davranışları mənimsəyəcəklər”.
Mənbə: egitimpedia.com