Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü, yaş sindromu və ya uşağın kaprizli xarakteri ilə səhv salınır.
Bəs hansı əlamətlər artıq həqiqi psixi pozulmaların siqnalıdır?
Bagcam.az Medicina.az-a istinadən psixiatr Aziz Mustafayevin bu barədə tövsiyələrini təqdim edir.
Uşaqlarda bu əlamətlərdən ən azı 10-u varsa:
- Bağçada və məktəbdə olan davamlı problemlər
- Digər uşaqlar və heyvanlar ilə qəddar davranır.
- Özünə xəsarət yetirir.
- Yaxınları (ailə və dostlar ilə) ünsiyyətdən qaçır.
- Əhval ruhiyyəsi tez-tez, səbəbsiz olaraq dəyişir.
- Çox güclü emosiyalar yaşayır (aqressiya, qorxu)
- 7. Davamlı yorğun və həvəssizdir.
- Diqqətini cəmləməkdə və intellektual fəaliyyətdə sıxıntı yaşayır.
- Yuxu problemləri var( tez tez oyanir, dəhşətli yuxular görür, gecələr yatmır).
- Zahirinə və geyiminə qarşı diqqətsizdir (əşyalarına və otağına qarşı da o cümlədən)
- Çoxsaylı bədənsəl sıxıntıları vardır (baş ağrıları, mədə bağırsaq sıxıntıları, ürək döyünmə, boğulma)
- Normaldan daha çox və daha az yemək.
- Oğurluq və yalan danışma halları( davamlı)
- Kompüter və telefon ilə böyük zaman keçirmə,oyunlara aludəçi olması.
- Sidiyini idarə edə bilməməsi (enurez)
Bu hallar varsa, usağı psixiatra göstərmək lazımdır. Xatırladaq ki, nevroloq bu problemlərlə məşğul olmur