Uşaqlarda davranış pozğunluğu…

10377439_428948197255262_3963622992499679712_nAna və atalar çox zaman uşaqlarından sakit durmağını və onların istəyinə görə rəftar etmələrini gözləyirlər. Uşaqlar bu tələblərə cavab vermədikdə ana – ata tərəfindən danlanır və gərəkli açıqlama verilmir. Bununla da uşaqlarda gərəksiz davranışlar getdikcə artır.

Bu davranışların səbəbləri nələrdir?

Diqqət görmək: Uşaqlarımızda gərəksiz davranışların ən önəmli səbəbi diqqət görmək istəmələridir.

Güc tətbiq etmək: “tez evə gəl! Ev tapşırığını bitirmədən olmaz!…” kimi güc tətbiq edərək məcbursan mənim istədiyim olmalıdır, uşaqlarda həvəssizlik və intiqam almaq hissləri yaradılır. Ana və ata tərəfindən incidilən uşaq, eyni şəkildə də onları incidərək cavab verər. Məsələn: qonaq gəldiyində heç gözlənilmədən gərəksiz hərəkət etdiyini görə bilərsiniz.

Bunları aradan qaldırmaq üçün nələr etməliyik?

  1. Cəzalandırmaqyerinə ailə daxilində bu kimi davranışlar üçün bir qanun tətbiq  (məs.: o gün həyətə çıxmamaq).
  2. Qərarlı olun “hə” və “yox” cavabınız vəziyyətə görə dəyişməsin (məs.: şokolad istəyinə xeyr dedinizsə, bu marketdən çıxana qədər davam etməlidir) əks halda uşaq “xeyr” sözünün sonunda  “hə” cavabı gələcəyinə inanar və inadçılığı davam edər.
  3. Səbrli olun! Ana və ata rolunda səbrli olmaq vacibdir.
  4. Aktiv dinləyici olun! Uşağın sinirli, inadçı davranışına həmən reaksiya verməyin, onun duyğusunu, düşüncəsini ifadə etməsi üçün fürsət verin.
  5. Tərif edin! Uşağın düzgün davranışı mütləq vardır onu o an tərifləyin, rəğbətləndirin.
  6. Zaman ayırın! Uşağın ana və atası ilə keçirəcəyi zamana çox ehtiyacı vardır.
  7. İdman etdirin! İdman uşağın “qurdlarını tökəcək”. Evdə daha az hərəkətli olacaq və sağlamlığına da müsbət təsir edəcək.

Psixoloq: Nağıyeva Fərqanə

Bu məqalə “Fərid” Tədris Mərkəzi tərəfindən təqdim edilib.