Uşaqlar təbii oyun parklarında xoşbəxt olurlar

Yeni araşdırmaya görə azyaşlı uşaqlar, təbii oyun ərazilərində oyun oynamaq fürsəti tapdıqlarında daha az depressiv olurlar.

2-5 yaş arasında dəyişən uşaq yuvalarının oyun ərazilərinə qum, çəmənlik, bitkilər və bu kimi digər şeylər yerləşdirildikdən əvvəl və sonra müşahidə edilib.  Uşaqlarda görülən, mızıldanmaq, kədərli görünmək kimi depressiv əlamətlər, araşdırmaçılar tərəfindən tətbiq edilən iki fərqli anketlə dərəcələndirilib.

British Columbia Universitetinin Tibb Fakültəsinin professor və tədqiqatçı Mariana Brussoni belə deyir: “Uşaqların, etdiyimiz dəyişikliyin əvvəli və sonrasına aid xallarını hesabladığımızda, göstərdikləri depressiv əlamətlərdə gözlə görünən azalma olduğunu müşahidə etdik”.

“Müəllimlərin uşaqlarla keçirdikləri zamanın xüsusiyyəti də inkişaf etdi. Müəllimlər vaxtlarını artıq bir-biriləriylə yola gedə bilməyən uşaqları ayırmağa çalışmaqla ya da uşaqları necə oynadacaqlarını düşünməklə keçirmirlər. Uşaqlarla daha yaxşı və yaxın münasibət qura bilirlər”, – deyir Doktor Brussoni.

Oyun ərazisini böyüdən və dəyişdirən bambuk bitkiləri və qum uşaqlara təbii materialları istifadə etmək və onlarla çox fərqli oyunlar oynamaq fürsəti verir” – deyə Doktor Brussoni əlavə edir.  “Oyun ərazilərindəki sabit alətlərdəki ən böyük sıxıntı, onlarla edə biləcəyiniz şeylərin sərhədli olmasıdır. Təbiət isə həqiqətən çox elastikdir”. Doktor Brussoni, bu araşdırmanın daha böyük uşaqlar üzərində ediləndə də bənzər nəticələr çıxacağını deyir.

“İnsanlar işin asanına qaçır. Kataloqlara baxır və bəlli oyun avadanlıqlarına sadiq qalırlar. Halbuki bunlar uşaqların oyunlarını daha irəliyə aparmır. Bundan əlavə araşdırmaların bizə göstərdiyinə görə, uşaqların həqiqətən kəşfetmələrinə nə də onların inkişafına fayda vermir”, – deyir Doktor Brussoni. Doktora görə təhlükəsizliyi ön plana çıxaran dizaynların olduğu oyun parklarında bir müddət sonra sıxılmağa başlayırlar.

Bəlkə də valideynlər uşaqlarının oynadıqları şeylərə daha yaxından baxmalı və özlərinə bu sualı verməlidilər: “Bir vaxtlar oynamağı sevdiyim şeylərə oxşayırmı?”

Mənbə: egitimpedia.com